TikTok yüklənən videoların limitini 5 dəqiqəyə yüksəldəcək

Gənclər arasında çox məşhur olan TikTok sosial şəbəkəsi istifadəçilər tərəfindən yüklənən vieoların xronometrajlarını daha da uzatmaq üzərində çalışır. Qeyd etmək lazımdır ki, TikTok hələ keçən il bu cür addımı atmışdı. İndi isə sosial şəbəkə limitin bir qədər də uzadılması üzərində çalışır. Hal hazırda TikTok istifadəçiləri 3 dəqiqəlik videoları yükləyə bilirlər. Bu limit keçən ilin dekabr ayında təyin edilmişdi. İndi isə sosial şəbəkə bu limiti 5 dəqiqəyə yüksəltmək üzərində çalışır.
Hal hazırda 5 dəqiqəlik videoların sosial şəbəkəyə yüklənməsi özəlliyi yalnız məhdud sayda istifadəçi arasında test edilir. Təqdim edilmiş fotodan da görmək olar ki, bu yeni özəllik tədricən hər bir istifadəçi üçün təqdim ediləcək. 5 dəqiqəlik videoları testdən keçirtmək istəyən istifadəçilər bu barədə TikTok-dan bildiriş əldə edəcəklər. Maraqlısı ondadır ki, bəzi istifadəçilər hətta 10 dəqiqəlik xronometraja sahib videoları da sosial şəbəkəyə yükləyə biliblər. Görünür, şirkət ideal limit göstəricisi üzərində təcrübələr aparır.///technote
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












