Türkiyə İran, Azərbaycan və Gürcüstan arasında beynəlxalq turist qatarının təşkilini planlaşdırır

Türkiyə Dövlət Dəmir Yolları (TCDD) İran, Azərbaycan və Gürcüstan arasında beynəlxalq turist qatarının təşkilini planlaşdırır.
Avtosfer.az bu barədə “Report”a istinadən xəbər verir.
"Bunun həyata keçirildiyi təqdirdə, Türkiyədən başlayacaq səfərlər bu ölkələrdəki şəhərlərdə başa çatacaq. Turist qatarlarının ilin bütün aylarında həyata keçirilməsi planlaşdırılır", - məlumatda deyilir. Türkiyə dəmir yollarındakı turistik qatar xətlərini çeşidləndirərək sayını artırır. Şərq Ekspresi, Diyarbəkir Ekspresi, Qərbi Qara dəniz (Duz) Ekspresi və Tatvan Ekspresi ilə turizmə töhfə verən TCDD, yeni qatar marşrutlarını səyahətsevərlərin marağına təqdim etməyə hazırlaşır. Belə ki, Konya-Adana Toros Ekspresi, Adana-Qaziantep Qastronomiya Ekspresi, Göllər Ekspresi və Efes Ekspresinin 2025-ci ildə həyata keçirilməsini planlaşdırır. Bununla da Türkiyə daxili turist ekspress xətlərinin sayı 8-ə çatdırılacaq.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












