Vyetnamda ilk dəfə metro fəaliyyətə başlayıb

Vyetnamın ən böyük şəhəri olan Hoşimində ölkə tarixində ilk dəfə metro fəaliyyətə başlayıb.
Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) krediti və yapon şirkətlərinin iştirakı ilə inşa edilən 20 kilometrlik, 14 stansiyadan ibarət metro xətti Hoşiminin mərkəzini şəhər kənarı ilə birləşdirir. Ekspertlər hesab edirlər ki, Hoşimində metronun fəaliyyətə başlaması şəhərdə gündən-günə artan nəqliyyat problemlərinin və ətraf mühitin çirklənməsinin azalmasına kömək edəcək.
Təxminən 17 ilə və 1,7 milyard ABŞ dollarına başa gələn metro xətti yeraltı və yerüstü hissələrdən ibarətdir. Layihə 2007-ci ildə təsdiqlənsə də, inşaat işləri 5 il müddətinə tamamlanma planı ilə 2012-ci ildə başlanıb. Tikinti müddətinin uzanmasına maliyyə çatışmazlığı, artan xərclər, texniki problemlər və digər əngəllər səbəb olub.
Qeyd edək ki, Vyetnamın iqtisadi mərkəzi olan Hoşiminin şəhərətrafı ilə birlikdə əhalisinin sayı 22,5 milyon nəfərdir. Hoşimin bələdiyyəsi 16 rayondan, 5 kənd rayonundan, bir kiçik şəhərdən ibarətdir. Vyetnamın ümumi daxili məhsulunun (ÜDM) dörddəbirini təmin edən Hoşimin həm də ölkənin əsas nəqliyyat qovşağıdır.
Şəhər hökuməti növbəti mərhələdə daha 6 metro xətti inşa etməyi planlaşdırıb.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












