"Whatsapp"ın yeni funksiyası istifadəyə verilib - FOTO

Whatsapp-da istifadəçi çatlarının iOS-dən Android-ə köçürülməsi funksiyası istifadəyə verilib. Bu yeni funksiya sayəsində istifadəçi iPhone-dan hər hansısa Android cihaza keçid edən zaman bütün çatların tarixçələrini, fotoları, səsli qeydləri yeni smartfonuna köçürdə biləcək. Lakin bu məsələdə bir nüans var. Belə ki, bu yeni funksiya ilk növbədə dünən təqdim edilmiş Samsung Galaxy Z Fold 3 və Galaxy Z Flip 3 smartfonlarında aktiv olacaq. Yaxın zamanda bu yeni funksiya həmçinin Samsung-un Android 10 və ya daha yeni Android versiyasını dəstəkləyən smartfonlarında da aktiv olacaq.
Məlumatların iOS-dən Android-ə köçürülməsi funksiyasının digər brendlərin smartfonları üçün nə zaman aktiv olacağı barəsində məlumat daha sonra veriləcək. Multimedia faylları üçün müxtəlif bulud yaddaşı platformalarının problemini Whatsapp tərtibatçıları özünəməxsus şəkildə həll ediblər. Belə ki, multimedia fayllarının smartfonlar arasındakı mübadiləsi USB Type-C / Lightning naqilləri vasitəsilə reallaşdırılır. Bundan əlavə olaraq 2 ehtiyat kopyasının birləşdirilməsi əvəzinə Whatsapp bütün məlumatları birbaşa yeni cihaza yazır.///technote
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO
ADY və Hamburq Limanı əməkdaşlığı gücləndirir - FOTO
Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün YENİLİK
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO













