“Xaliq Faiqoğlu” Bakıya yeni elektrik avtobusları gətirdi - FOTO

Bakı şəhərində ictimai nəqliyyat sahəsində bir çox ilklərə imza atmış “Xaliq Faiqoğlu” şirkəti müasir tələblərə cavab verən elektrik avtobuslarının alınaraq sərnişinlərin xidmətinə verilməsi layihəsini icra edir.
Avtosfer.az xəbər verir ki, ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair təşəbbüslərdə daim yer alan şirkətin “PAŞA Bank”la birgə həyata keçirdiyi layihə çərçivəsində istismara qəbul edilməsi nəzərdə tutulan 50 elektrik avtobusun ilkin hissəsi artıq paytaxtımıza gətirilib.
Çinin “Golden Dragon” şirkətinin istehsalı olan bu avtobusların yaxın günlərdə müntəzəm marşrut xətləri üzrə sərnişinlərin xidmətinə verilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) həyata keçirdiyi tədbirlərdə və çağırışlarda daim yer alan “Xaliq Faiqoğlu” şirkəti ölkəmizdə ən böyük özəl daşıyıcıdır. Şirkət daha əvvəl “PAŞA Bank”ın dəstəyi ilə ekoloji təmiz CNG növlü elektrik mühərrikli avtobusları da sərnişinlərin ixtiyarına verib.
Yeni alınmış 100 faiz elektrikli bu avtobusların hər biri isə gün ərzində 300 kilometrdən artıq yol qət edə bilmə imkanına sahibdir. Müasir texnoloji yeniliklərin tətbiq edildiyi nəqliyyat vasitələrində sərnişinlərin rahatlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə əlavə avadanlıqlar quraşdırılıb.






Bakının bu prospektində yeni radar QURAŞDIRILDI
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO












