Xocalı hava limanı sökülür? - Deputatdan REAKSİYA

Rusiya sülhməramlılarının Qarabağ İqtisadi Rayonundan çıxarılması prosesi 12 iyun tarixində başa çatıb. Sülhməramlıların yerləşdiyi Xocalı hava limanında Azərbaycan bayrağı qaldırılıb.
Avtosfer.az xəbər verir ki, Xocalı hava limanı 1974-cü ildə istifadəyə verilib. Hava limanının ərazisi 1992-ci ildə işğal edilib. Qarabağda artıq fəaliyyətini dayandıran qondarma qurum 2011-ci ildə hava limanı ərazisində təmir işləri aparıb və burada xüsusi bina tikilib. Azərbaycanın qətiyyətli mövqeyinə görə hava limanı heç vaxt fəaliyyətə başlaya bilməyib.
Hazırda müzakirə olunan məsələlərdən biri də Xocalı Aeroportunun sökülüb-sökülməməsi ilə bağlıdır.
Modern.az məsələ ilə əlaqədar olaraq Xocalının deputatı Elman Məmmədovla əlaqə saxlayıb.
Elman Məmmədov bildirib ki, Xocalı hava limanı sökülməyəcək:
"Aeroportda işğal dövründə ermənilərin tikdiyi binanın sökülməsinin isə tərəfdarıyam. Çünki burada erməni ornamentli arxitekturanın nişanələri var. Azərbaycan olaraq biz orada daha möhtəşəm, lazımi tələblərə cavab verən bina tikəcəyik. Xocalı aeroportu yüksək səviyyədə fəaliyyət göstərəcək və biz də onun xidmətindən yararlanacağıq".

E.Məmmədov vurğulayıb ki, ilin sonuna kimi Xocalıya 300-dən çox ailə köçəcək:
"Hazırda Xocalıda 44 ailəmiz məskunlaşır. Bu ayın sonunda 50-yə yaxın ailənin köçürülməsi planlaşdırılır. Çünki hazır evlər var və qızğın işlər gedir. Yaşayış üçün şərait mövcuddur. Bu proses davamlı olaraq gedəcək. Avqustda da, sentyabrda da, Oktyabrda da köç olacaq. Bu ilin sonuna qədər 300-dən çox ailənin Xocalıda məskunlaşması nəzərdə tutulur".
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO
ADY və Hamburq Limanı əməkdaşlığı gücləndirir - FOTO
Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün YENİLİK
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO












