“Yango” taksi sürücülərini lisenziya almağa stimullaşdırır və yeni bonus proqramına start verir

"Yango" onlayn taksi sifarişi servisi sentyabrın 16-dan etibarən Azərbaycanda lisenziyalı avtomobillərin sürücülərini dəstəkləmək üçün yeni bonus proqramına start verir. Artıq servisdə bonuslar lisenziyalı avtomobillərə veriləcək ki, bu da buraxılış kartı əldə etmiş sürücülər üçün əlavə üstünlük yaradır.
“Hesab edirik ki, taksi sürücüləri mütləq şəkildə avtomobilləri üçün lisenziya almalı, onlayn servislər isə buna fəal şəkildə şərait yaratmalıdır”, - servisdən bildirilib.
Bonus proqramı çərçivəsində lisenziyalı avtomobili olan sürücülər həftədə 150 AZN-dək, lisenziyalı brend avtomobili olan sürücülər isə həftədə 170 AZN-dək əlavə qazanc əldə edə biləcəklər. Bonus proqramında iştirak etmək üçün "Yango" tərəfdaşlarının sürücüləri "Yango" sürücü tətbiqi vasitəsilə lisenziyanın fotoşəkil yoxlanışından keçməlidirlər.
Xatırladaq ki, daha əvvəl “Yanqo” servisi taksi minik avtomobilləri ilə sərnişin daşıma qaydalarına riayət etmək üçün avtomobillərin sənədlərinə fotonəzarət, nəqliyyat vasitələrinin AYNA-nın buraxılış kartı məlumat bazası vasitəsilə yoxlanması və gedişdən sonra sərnişinlərin rəylərinin öyrənilməsi kimi tədbirlər tətbiq edir.
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO
ADY və Hamburq Limanı əməkdaşlığı gücləndirir - FOTO
Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün YENİLİK
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO












