Yardımlıda avtomobil yollarının əsaslı təmiri yekunlaşır - VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 5 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Yardımlı rayonunun Masallı‒Yardımlı (44 km)‒Sırıq‒Əfçədulan‒Horavar‒Əngövül‒Zəngələ‒Vərov‒Keçələkəran avtomobil yolunun əsaslı təmirini yekunlaşdırmaq üzrədir.
Avtosfer.az agentliyə istinadən xəbər verir ki, uzunluğu 23,5 kilometr olan avtomobil yolu uzun müddət təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Bu səbəbdən əsaslı şəkildə yenidən qurulmasına və bərpasına ehtiyac yaranan yollar 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib. Yolların eni 10 metrə qədər genişləndirilib.
"İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən yolboyu torpaq işləri, qazma, yolun normativ eninin alınması üçün genişləndirmə və yol əsasının tikintisi işləri görülüb. Texnoloji ardıcıllığa uyğun daha sonra yeni asfalt-beton örtüyünün döşənməsi işləri yerinə yetirilib. Artıq yolun Əfçədulan‒Horavar‒Əngövül‒Zəngələ‒Vərov hissələrində yeni asfalt örtüyünün döşənməsi işləri yekunlaşıb.
Hazırda Sırıq və Keçələkəran hissələri üzrə asfaltlanma işləri son mərhələdə olmaqla aparılır.
Görülən işlərə paralel olaraq, yolboyu suların ötürülməsi məqsədilə zəruri yerlərdə suötürücü boruların tikintisi işləri icra olunub.
Layihə üzrə yolun Sırıq, Keçələkəran və Zəngələ hissələrində hər biri bir aşırımlı olmaqla 3 yeni avtomobil körpüsünün də tikintisi artıq yekunlaşmaq üzrədir.
Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanlarının, km göstəricilərinin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi işləri aparılacaq.

Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO
ADY və Hamburq Limanı əməkdaşlığı gücləndirir - FOTO
Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün YENİLİK
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO












