Yeni dəmir yolu layihəsi region iqtisadiyyatı üçün güclü təkan olacaq

Türkiyənin Ərzurum və Rize vilayətləri arasında yeni dəmir yolu layihəsi “İyidere” logistika mərkəzi istiqamətində filialın qolunun tikintisini nəzərdə tutur, bu da Zəngəzur dəhlizinin Qara dəniz sahilinə çıxışını təmin edəcək.
Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, bu barədə Rize Qara dəniz vilayətinin Ticarət və Sənaye Palatasının rəhbəri Şaban Aziz Karaahmetoğlu müvafiq açıqlama ilə çıxış edib.
Onun sözlərinə görə, məsələ artıq Türkiyə Dövlət Dəmir Yollarının rəhbərliyi ilə müzakirə olunub.
“Erzurum-Rize dəmir yolu alternativ Erzincan-Trabzon layihəsindən 210 kilometr qısadır. Relyef şəraiti yolun çəkilməsi üçün daha əlverişlidir. Layihə artıq nəzərdən keçirilir. Ümid edirəm ki, yaxın 4-5 ildə bu təşəbbüs həyata keçiriləcək”, - deyə palata rəhbəri bildirib.
Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu daha əvvəl bildirmişdi ki, logistika mərkəzi - Rize vilayətindəki “İyidere” limanı 2025-ci ilin sonuna kimi fəaliyyətə başlayacaq və bu, region iqtisadiyyatı üçün güclü təkan olacaq.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












