Yeni elektrik mühərrikli taksilərin təyinatı açıqlandı - FOTO

"Bakıya yeni gətirilən elektrik mühərrikli taksilər ilkin olaraq COP29 tədbirinə gələn iştirakçıları daşıyacaq".
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bunu bu gün jurnalistlər üçün təşkil olunan mediatur çərçivəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov deyib.
Onun sözlərinə görə, "LEVC TX5" markalı "plug-in" hibrid taksilər İngiltərə növü olub, Çin istehsalıdır.
"Avro-6" standartlarına uyğun həmin avtomobillərin enerjidoldurma müddəti 30 dəqiqədir. Yalnız elektrik mühərriki ilə 130 kilometr, qoşulmuş benzin generator ilə isə 600 kilometr məsafə qət etmək imkanına malikdir.
Avtomobil, həmçinin, təcili əyləc, təkərlərin təzyiqinə nəzarət təchizatı, yol nişanlarını tanıma kimi müasir təhlükəsizlik sistemləri ilə təchiz olunub.
Bir məsələni də vurğulamaq istərdim ki, şəhərdə xüsusi ayrılan COP29 zolaqlarından, avtobuslardan başqa, tədbir müddətində yalnız bu taksilər istifadə edə biləcəklər. Bu, digər taksilərə aid deyil", - deyə T.Orucov bildirib.
Horadiz-Ağbənd dəmir yolu xətti üzrə layihələndirmə işlərinin 85 faizi yekunlaşıb – EKSPERT - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO
ADY və Hamburq Limanı əməkdaşlığı gücləndirir - FOTO
Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün YENİLİK
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI


















