Yeni metro stansiyası necə adlandırılacaq?

Bakının Binəqədi rayonu, Xocəsən qəsəbəsində yeni yerüstü metro stansiyası inşa edilməkdədir. Yeni stansiyanın 2022-ci ildə istifadəyə verilməsi planlaşdırılsa da, obyekt şərti olaraq "Xocasən" stansiyası adlandırılır. Metro stansiyası rəsmi olaraq necə aldandırılacaq?
Bu barəd "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Avtosfer.az-a bildirib ki, bununla bağlı hələlik yenilik yoxdur: "Metro stansiyalarına adların verilməsi, adlandırılması birbaşa Nazirlər Kabinetinin səlahiyyətindədir. Bununla bağlı Adqoyma Komissiyasının iclasında müzakirə aparılır və qərar qəbul edilir. Lazım gələrsə, adla bağlı Bakı metropoliteninə müraciət edilir və stansiyaya ad verilir. Biz hələlik bu stansiyanı şərti olaraq "Xocasən" stansiyası adlandırmışıq. Bu da yerləşdiyi əraziyə görə belə adlandırılıb".
Xatırladaq ki, Xocasən qəsəbəsi ərazisində Bakı metropoliteninin Bənövşəyi xətti üzrə hərəkət edən qatarlara xidmət edəcək elektrik deposu inşa edilir. Elektrik deposu ilə yanaşı, ərazidə yerüstü metro stansiyası da tikilməkdədir. Stansiya və elektrik deposunun tikinti işləri gələn ilin sonlarında yekunlaşdırılaraq istifadəyə veriləcək. Yerüstü metro stansiyasında Bənövşəyi xəttin digər stansiyalarında olduğu kimi 7 qatarlıq platforma, lft f və elavatorlar quraşdırılacaq.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












