Yeni modern tank istehsal edildi - Sınaqdan keçiriləcək

Rusiyanın əlavə optoelektron sistemli ən yeni "T-90M Proryv" tankının ilk prototipi tezliklə hərbi təlimlər zamanı sınaqdan keçiriləcək.
Avtosfer.az "TASS"a istinadən xəbər verir ki, "Ordu-2021" beynəlxalq forumu zamanı Rusiya Federasiyası Müdafiə Nazirliyinin Avtomobil və Tanklar Baş İdarəsi statik ekranlı "T-90M Proryv" əsas döyüş tankını ilk dəfə nümayiş etdirib.
Məlumata görə, tankın bu versiyasının rus qoşunlarına seriyalı təhvil verilməsi ilə bağlı qərar sınaqlardan sonra veriləcək.
Modernləşdirilmiş "T-90M" tanklarının ilk partiyası 2020-ci ilin yazında rus qoşunlarına təhvil verilib. Bildirilib ki, tank Rusiya Müdafiə Nazirliyinin "Uralvaqonzavod" zavodu ilə müqavilə əsasında hazırlanıb. Bu tankların "T-90" tanklarının daha modern versiyası olduğu diqqətə çatdırılıb.
Qeyd edək ki, "T-90M", güclü silah kompleksi və avtomatik atəş idarəetmə sistemi ilə birlikdə tankın döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə artıran yeni bir qüllə moduluna malikdir. Tankın 125 mm-lik silahı, 5 kilometrədək məsafədə düşmən tanklarını məhv edə bilən idarə olunan raket də daxil olmaqla, müasir tipli döyüş sursatlarını vura bilir.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












