Yeni nəsil şəxsiyyət vəsiqəsi sahiblərinə ŞAD XƏBƏR

Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsi sahiblərinin seçki prosesində iştirakı asanlaşdırılır.
Avtosfer.az xəbər verir ki, bununla bağlı Seçki Məcəlləsinə dəyişiklik edilməsi təklif olunub.
Qeyd olunub ki, 2018-ci ildən Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələri tətbiq edilir. Bununla əlaqədar "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" qanununda dəyişikliklər edilib, Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi Azərbaycan Prezidentinin 2012-ci il 7 fevral tarixli 577 nömrəli Fərmanı ilə təsdiq edilib.
Təsdiq edilmiş şəxsiyyət vəsiqəsinin üz tərəfində əvvəl verilmiş şəxsiyyət vəsiqələrindən fərqli olaraq vəsiqənin verilmə tarixi deyil, etibarlılıq müddəti göstərilir.
Seçki prosesində iştirak edən yeni nəsil şəxsiyyət vəsiqələri sahiblərinin rastlaşdığı problemi aradan qaldırmaq üçün Seçki Məcəlləsinin müvafiq normalarını yeni qanunvericilik aktlarına uyğunlaşdırılması zərurəti yaranıb. Bu məqsədlə "Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsi hazırlanıb. Bundan sonra seçki prosesində iştirak edəcək yeni nəsil şəxsiyyət vəsiqə sahiblərinin məlumatlarında şəxsiyyəti təsdiq edən seriyası, nömrəsi və verilmə tarixi ilə yanaşı etibarlılıq müddəti də qeyd olunacaq.
(report)
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












