Yüklərin emalı üçün terminal yaradılacaq

Qazaxıstan, Çin və Belarus birgə logistika xidmətlərini inkişaf etdirmək barədə razılığa gəliblər.
“Report” xəbər verir ki, bu barədə Qazaxıstanın Nəqliyyat Nazirliyinin məlumat yayıb.
Məlumata görə, bu məqsədlə “Qazaxıstanın “KTZ Express”, Çinin “Xi’an Free Trade Port Construction and Operation Co. Ltd” və Belarusun “Unionway” şirkətləri arasında birgə logistika xidmətlərinin inkişafı üzrə Niyyət Memorandumu imzalanıb. Razılıq bu gün Şanxayda “Transport logistic China 2024” sərgisi çərçivəsində əldə olunub.
Xüsusilə, tərəflər Çin-Avropa marşrutu ilə və əks istiqamətdə daşınacaq yüklərin emalı və paylanılması üçün Belarusun “Svisloch” stansiyasında logistika terminalı yaratmaq barədə razılaşıblar. “Bu addım nəqliyyat infrastrukturunun inkişafında və Qazaxıstanın tranzit potensialının artırılması üçün yeni imkanların yaradılmasında mühüm mərhələdir”, - Qazaxıstanın Nəqliyyat Nazirliyinin məlumatında vurğulanıb.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












