Bu yolda dəyişiklik edildi - Yeni svetoforlar quraşdırıldı - FOTOLAR

Biləcəri qəsəbəsinin Rəşid İsmayılov və Yəhya Hüseynov küçələrinin kəsişməsində yol hərəkəti yenidən təşkil edilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilir ki, artıq sözügedən yol kəsişməsində hərəkət işıqforla nizamlanır. Yəhya Hüseynov küçəsindən və yaxınlıqdakı yaşayış kompleksindən hərəkət edən nəqliyyat vasitələri yol ötürücüsünün altında yerləşən geriyədönmə yerindən istifadə etməklə paytaxt istiqamətində hərəkət edə bilirlər. Layihəyə uyğun olaraq, ərazidə təhlükəsizlik adacıqları tikilərək hərəkət kanallaşdırılıb, kəsişmənin hüdudları boyunca piyadaların rahat və təhlükəsiz hərəkəti üçün nizamlanan piyada keçidləri təşkil olunub. Eyni zamanda, avtobus dayanacaq məntəqələrinin yeri optimallaşdırılıb, yeni yol nişanları quraşdırılıb, nişanlanma xətləri təşkil edilib.
Qeyd edilib ki, layihənin icrasından əvvəl Yəhya Hüseynov küçəsindən, eləcə də yaxınlıqda yerləşən yaşayış kompleksindən paytaxt istiqamətində getmək istəyən sürücülər Bakı-Sumqayıt şosesindən istifadə etməklə Dövlət Yol Polisi İdarəsinin Ekoloji nəzarət postunun ("Ekologiya postu") yaxınlığında yerləşən yol qovşağından geriyə dönərək hərəkət etmək məcburiyyətində qalırdılar. Bu da üç kilometrdən çox izafi nəqliyyat yürüşünə, səyahət müddətinin artmasına və yol qovşağının əlavə yüklənməsinə gətirib çıxarırdı. Bununla yanaşı, kəsişmədə piyada və yol hərəkətinin təhlükəsizliyi arzuolunan səviyyədə deyildi.
Görülən tədbirlər ümumilikdə şəhər nəqliyyat sisteminin funksionallığını artırmaqla yanaşı, təhlükəsizlik, rahatlıq və davamlı hərəkət prinsiplərinə uyğun müasir yol mühitinin formalaşdırılmasına xidmət edir.





"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - Hikmət Babaoğlu
Təbriz küçəsində təhlükəli mənzərə: Təmir ərazisində yol nişanları niyə yoxdur? - VİDEO
Sürücülərin çoxu bu yol nişanının mənasını bilmir – DİQQƏTLİ OLUN!
Bu yolda nişanlar dəyişdirildi: Cərimə oluna bilərsiniz - VİDEO
Dəyişiklik nələrə səbəb oldu?: Çaşqınlıq yaradan vəziyyət - VİDEO
8 Noyabr prospektində sürücülər nişanı saymayıb yolayrıcında xaos yaradırlar - VİDEO
Minik maşınlarının bu yola girişi qadağan edildi: 3 bal 100 manat cəriməsi var - VİDEO
Bu yolda sağ zolaqla hərəkət edən sürücülərin diqqətinə: Cərimə yazıla bilər - VİDEO
“Koroğlu”da yeni nişan quraşdırıldı - 100 manat 2 bal CƏRİMƏ - VİDEO
Şəkidə yarımçıq təmir sürücüləri əks yola çıxmağa məcbur edir: “Sağ-sol” edib keçirlər - VİDEO
Yeni çəkilən zolaq sürücülərə çətin anlar yaşadır - VİDEO












