STOP nişanına indi süni intellektlə nəzarət ediləcək - FOTO - VİDEO

ABŞ-nin Virciniya ştatında yollarda yeni nəzarət sisteminin tətbiqinə başlanılıb.
Avtosfer.az xəbər verir ki, ştat yollarında sürücülərin STOP nişanına əməl edib-etməməsinə indi süni intellektlə nəzarət ediləcək. Qayda pozuntuları vahid serverdə cəmlənəcək və polis əməkdaşları tərəfindən emal olunacaq. Lüzumsuz videolar dərhal silinəcək. Kameralar həmçinin sürücülərin piyadaya yol verib-vermədiyini də nəzarətdə saxlayacaq. Bəs bu sistem nə dərəcədə səmərəlidir?
Afinada ötən il pilot layihə çərçivəsində 8 küçədə belə kameralar yerləşdirilib. Kameralar STOP nişanı ilə birgə kəmər, telefondan istifadə, avtobus yoluna çıxma və digəq qayda pozuntularını da fiksasiya edib. Cəmi 4 gün ərzində 2500-dən çox qayda pozuntusu qeydə alınıb. Bir kamera isə xüsusilə məhsuldar olub – 4 gündən mindən çox cərimə yazmağa kömək edib.
Avstraliyanın Yeni Cənubi Uels ştatında bu sistem sayəsində 1 ildə 130 mindən çox elektron cərimə protokolu tətbiq edilib. Lakin sistemin xətaları da böyükdür. Sürücülərin 60 faizindən çoxunun kəmərlə bağlı etirazları qəbul edilib və protokollar ləğv olunub.
Vüqar

"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - Hikmət Babaoğlu
Təbriz küçəsində təhlükəli mənzərə: Təmir ərazisində yol nişanları niyə yoxdur? - VİDEO
Sürücülərin çoxu bu yol nişanının mənasını bilmir – DİQQƏTLİ OLUN!
Bu yolda nişanlar dəyişdirildi: Cərimə oluna bilərsiniz - VİDEO
Dəyişiklik nələrə səbəb oldu?: Çaşqınlıq yaradan vəziyyət - VİDEO
8 Noyabr prospektində sürücülər nişanı saymayıb yolayrıcında xaos yaradırlar - VİDEO
Minik maşınlarının bu yola girişi qadağan edildi: 3 bal 100 manat cəriməsi var - VİDEO
Bu yolda sağ zolaqla hərəkət edən sürücülərin diqqətinə: Cərimə yazıla bilər - VİDEO
“Koroğlu”da yeni nişan quraşdırıldı - 100 manat 2 bal CƏRİMƏ - VİDEO
Şəkidə yarımçıq təmir sürücüləri əks yola çıxmağa məcbur edir: “Sağ-sol” edib keçirlər - VİDEO
Yeni çəkilən zolaq sürücülərə çətin anlar yaşadır - VİDEO












