DYP çimərliklərə gedən yolları nəzarətə götürdü; qızmar günəş altında xidmət aparırlar - FOTO-VİDEO

DİN Baş Dövlət Yol Polisi İdarəsi Qurban bayramı və həftəsonu ilə əlaqədar olaraq gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Burada məqsəd nəqliyyatın sıx olduğu küçə və prospektlərdə hərəkətin tənzimlənməsi, vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etməkdir. Xüsusən, çimərlik zonaları istiqamətində nəqliyyat axınının çoxluğunu nəzərə alaraq yol polisi əməkdaşları həmin istiqamətdə hərəkətin tənzimlənməsinə cəlb olunub.
Çimərlik ərazilərində və onların ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib. Sıxlıq yaranmaması üçün yol polisi əməkdaşları nizamlayıcı qismində yollarda sürücülərin hərəkətlərini tənzimləyirlər.
Tədbirlərə BDYPİ-nin Ekoloji nəzarət üzrə YPX bölüyünün, BDYPİ YPX Alayının xüsusi tağımının, 1-ci tağımının, Sumqayıt şəhər, Abşeron, Binəqədi, Sabunçu, Suraxanı və Xəzər rayon DYP şöbələrinin əməkdaşları da cəlb olunub.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev Avtosfer.az-a bildirib ki, bu cür tədbirlər mütəmadi olaraq davam etdiriləcək. Belə tədbirlərin keçirilməsində əsas məqsəd yol hərəkətinin təhlükəsizliyini təmin etmək, vətəndaşların rahat və təhlükəsiz şəkildə mənzil başına çatmasına nail olmaqdır: “Nəzərə alınmalıdır ki, vətəndaşlarımızın bir çoxunun istirahət etdiyi isti yay günlərində polis əməkdaşlarının gecə-gündüz demədən qızmar günəş altında xidmət etmələrinin tək bir məqsədi var, bu da yol hərəkəti iştirakçılarının küçə və yollarda rahat və təhlükəsiz hərəkətini təmin etməkdir”.
Yol polisi hesab edir ki, vətəndaşlar da polisin hərəkətlərinə adekvat cavab olaraq yol hərəkəti qaydalarına ciddi şəkildə əməl edəcək, nişanların və nizamlayıcıların hərəkətinə uyğun davranacaqlar.
Qeyd edək ki, DYP-nin keçirdiyi tədbirlərin başlanğıcı olaraq stasionar postlarda saxlanılan avtomobillərin sürücüləri ilə profilaktiki söhbətlər aparılıb, onlara Baş DYP İdarəsi tərəfindən hazırlanmış maarifləndirici bukletlər təqdim olunub.
Polislər yanan binanın sakinlərini belə xilas etdi – ANBAAN VİDEO
Yol polisi piyadaların vurulması görüntülərini yaydı - Ölümə addımlayanlar - VİDEO
Bayram günlərində avtomobillərini texniki müayinədən keçirmək istəyənlərin NƏZƏRİNƏ!
DİN və FHN tonqal qalayanlara XƏBƏRDARLIQ ETDİ - Bu qaydalara ƏMƏL EDİN! - VİDEO
Vilayət Eyvazov sıra baxışı keçirdi: 129 nəfər növbəti mərhələyə buraxıldı - FOTO - VİDEO
Yol polisi piyadalara qarşı hərəkətə keçdi - Həftə sonu 3 piyada öldü - VİDEO
Yol polisi həftəsonu səfərə çıxan sürücülərə müraciət etdi
Yol polisi uşaqların suallarını cavablandırdı; qəzalara qarşı mübarizədən danışıldı - FOTO
Yol polisindən İLK - Avtobus sürücülərinə elə görüntülər göstərildi ki... - VİDEO
Sürücülər arasında ən çox rast gəlinən 5 təhlükəli vərdiş - DYP AÇIQLADI
Daxili Qoşunların yaranmasının 34-cü ildönümünü ilə bağlı tədbir keçirildi - FOTO - VİDEO

























