İçki içdikdən nə qədər sonra maşın sürmək olar? - DYP cavablandırdı

Sərxoş vəziyyətdə avtomobil idarə etmək hələ də bəzi sürücülər üçün adi hal kimi görünür.
Sərxoş halda sükan arxasına keçən sürücülər təkcə öz həyatlarını deyil, həm də digər yol istifadəçilərinin təhlükəsizliyini ciddi risk altına qoyur. Onlar tez-tez az miqdarda içki qəbul etdiklərini və ya sərxoş olmadıqlarını iddia edərək öz davranışlarını yüngülləşdirməyə çalışırlar. Yol polisi tərəfindən aparılan reydlər zamanı sərxoş sürücülər qanun qarşısında cavabdeh olur və məsuliyyətə cəlb edilir. Bəzi sürücülər isə reyd zamanı içkini əvvəlki günlərdə içdiklərini bildirirlər.
Həkimlər bildirirlər ki, spirtli içki qəbul etdikdən sonra maşın sürmək risklidir. Az miqdarda spirtli içki içilmişsə, sürmədən əvvəl ən azı 4–6 saat gözləmək tövsiyə olunur. Daha çox spirt qəbulu zamanı bu müddət 8–12 saata qədər uzana bilər. Sıfır risk üçün isə həkimlər növbəti günə qədər maşın sürməkdən çəkinməyi məsləhət görürlər.
Sürücü spirtli içki qəbul etdikdən neçə saat sonra avtomobil idarə edə bilər?
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, sürücünün qanında və ya nəfəsində qanunveriliciyə müvafiq miqdarda spirt aşkar edildikdə, bu hal hüquqi məsuliyyət yaradır:
“Spirtli içki qəbul etdikdən sonra avtomobil idarə etməyin konkret saatla ölçülən vaxtı yoxdur. Qanunvericiliyinə əsasən, sürücünün qanında və ya nəfəsində qanunveriliciyə müvafiq miqdarda aşkar edildikdə bu hal hüquqi məsuliyyət yaradır. Spirtli içkilər diqqət, reaksiya və qərarvermə qabiliyyətini zəiflədir, bu isə yol-nəqliyyat hadisələri riskini artırır”./cebhe.info
Bu ilin yanvar-sentyabr aylarında qəzalarda ölənlərin sayı azalıb - DİN
Bu ilin 9 ayında 146 cinayətkar qrup zərərsizləşdirilib - VİLAYƏT EYVAZOV
Vilayət Eyvazov Kollegiya iclası keçirdi; tapşırıqlar verdi - FOTOLAR
Xətaidə “Təmiz hava” aylığı; atmosferi çirkləndirənlər CƏRİMƏLƏNDİ - VİDEO
Oğuzda “Təmiz hava” aylığı çərçivəsində reyd keçirildi - VİDEO
DYP skuter sürənlərin kobud qayda pozuntularını yayıb xəbərdarlıq ETDİ - VİDEO
Vilayət Eyvazov vətəndaşları qəbul edəcək - BU ŞƏHƏRDƏ - FOTO
Xəzər rayonunda ekoloji reyd; qayda pozan sürücülər 50 MANAT CƏRİMƏLƏNDİ - VİDEO
Qusarda “Təmiz hava aylığı” çərçivəsində profilaktik tədbirlər keçirilib - FOTO - VİDEO
Suraxanıda ekoloji reyd; 9 sürücü CƏRİMƏLƏNDİ - FOTOSESSİYA
Yol polisi zabitimiz Polşada çempion olub dünya rekordunu təzələdi - VİDEO












