“Yolda bir neçə saniyə gözləmək bir insanın həyatını xilas edə bilər” - DYP - VİDEO

Dünən Qazaxda baş verən faciənin ardından Baş Dövlət Yol Polisi İdarəsi hər bir sürücüyə səslənir. Sükan arxasında verdiyiniz qərar bir ailənin taleyini dəyişə bilər.
Avtosfer.az xəbər verir ki, avtomobildə yanınızda əyləşən uşaq sizə güvənir. Qarşıdan gələn avtomobildə də evinə, doğmalarının yanına qayıdan insanlar var. Onların sağ-salamat mənzil başına çatmasında sizin də məsuliyyətiniz var.
«Avtomobil mənimdir, necə istəyirəm, elə də sürərəm» düşüncəsi yolda başqalarının həyatını təhlükəyə atır. Avtomobil sizə məxsusdur. Yol isə hamımızındır. Yol yarış yeri deyil.
Hörmətli sürücülər, müəyyən edilmiş sürət həddinə, ötmə və manevr qaydalarına ciddi əməl edin. Ötmənin təhlükəsiz olduğuna əmin deyilsinizsə, gözləyin. Bir neçə saniyə gözləmək bir insanın həyatını xilas edə bilər.
Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alan sərnişinə şəfa diləyirik.
Yol polisi təhlükəli ərazidə əlil vətəndaşa belə kömək etdi - VİDEO
Paytaxtda bəzi yollar bağlanacaq - SƏBƏB
Avtoxuliqanlıq edən sürücünün vəsiqəsi əlidən alındı, HƏBS EDİLDİ
Qəbələdə “Chevrolet”lə avtoxuliqanlıq edən sürücü həbs olundu - VİDEO
YPX əməkdaşları halı pisləşən əcnəbi sürücünün köməyinə çatdı - VİDEO
Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi - FOTO
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!












