Paytaxt küçələrindəki nömrəsiz avtomobillərlə bağlı TƏDBİRLƏR GÖRÜLƏCƏK - VİDEO - YENİLƏNİB

"Bəzi sürücülər inzibati məsuliyyətdən yayınmaq məqsədi ilə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını çıxaraq avtomobili idarə edirlər ki, bu da qanunaziddir və öz növbəsində inzibati məsuliyyət yaradır".
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi Toğrul Nəsirli deyib.
O, qeyd edib ki, Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsi bu istiqamətdə mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirilir.
"Əlavə olaraq bildirim ki, həmin sürücülərlə bağlı qanunamüvafiq tədbirlər görüləcək", - deyə T.Nəsirli bildirib.
***
Metronun "Əhmədli" stansiyasının yaxınlığında sakinlər avtobus problemindən əziyyət çəkirlər.
Avtosfer.az Baku TV-yə istinadən xəbər verir ki, vətəndaşların iddiasına görə, sözügedən ərazidə saat 22:00-dan etibarən hər hansı avtobus tapmaq müşkülə çevrilib.
Axşam saatlarında avtobusların olmamasından isə "1 manatlıq" taksi sürücüləri istifadə edirlər. Həmin taksilər arasında elə avtomobillər var ki, onların hətta dövlət qeydiyyat nişanı da yoxdur.
"Maşının cərimələri var, ona görə də, nömrələri çıxarmışam. Ancaq bu ərazilərdə sürürəm. Nömrəsiz olduğuna görə polis xəbərdarlıq edir, cərimə də yazır", - nömrəsiz avtomobil sürücülərindən biri deyib.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, hazırda 12 nömrəli marşrutda 20 avtobus 6-7 dəqiqə, 62 nömrəli marşrutda isə 26 avtobus 4-5 dəqiqə hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərir:
"Marşrut xətləri AYNA tərəfindən nəzarətə götürülüb. Bildiririk ki, 62 nömrəli müntəzəm marşrut da müsabiqəyə çıxarılaraq yeni daşıyıcı müəyyən edilib. Yaxın zamanda yeni daşıyıcı fəaliyyətə başlayacaq".
Ətraflı süjetdə:
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Vilayət Eyvazov MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak etdi - FOTO
Masallıda "VAZ" maneəyə çırpıldı: İki gənc həyatını itirdi - FOTO
DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...
Qaxda məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Sabunçudakı məktəblərdə “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTOSESSİYA
Qusarda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində maarifləndirici görüş keçirilib - FOTO - VİDEO
DYP yük avtomobillərinin sürücülərinə MÜRACİƏT ETDİ - FOTO
Beyləqanda 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO












