Abşeronda yol polisi keçiddən keçməyən piyadaları cərimələdi - FOTO - VİDEO

Piyadaların təhlükəsizliyinin təmin edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
DİN mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Abşeron RPİ-nin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları piyada məsuliyyətinin artırılması və onların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlər keçirib.
Xırdalan şəhəri, eləcə də Masazır, Saray, Mehdiabad, Qobu, Hökməli qəsəbələrində təşkil olunan tədbirlər zamanı yaxınlıqda yerləşən piyada keçidlərindən istifadə etməyən, avtomobillərin intensiv hərəkət etdiyi yolda özləri ilə bərabər digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb, yol hərəkəti qaydalarına riayət etməyin əhəmiyyəti barədə ətraflı məlumatlar verilib.
Analoji tədbirlərin Abşeron rayonunda mütəmadi olaraq həyata keçirilməsi nəzərdə tutulur.
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
DYP bayramla əlaqədar səfər edəcək sürücülərə müraciət etdi - VİDEO
Vilayət Eyvazov Bakıda sıra baxışı keçirib 179 nəfəri işə götürdü - VİDEO
DİN-in Polis Akademiyasında Zəfər Gününə həsr olunmuş konfrans keçirildi - FOTO - VİDEO
Yol polisindən hava ilə bağlı XƏBƏRDARLIQ - FOTO
"İşıq cihazlarının sazlığına diqqət yetirin!" - DYP-dən XƏBƏRDARLIQ













