Siyəzəndə qadın sürücü QƏZA TÖRƏTDİ: Azyaşlı övladı öldü - FOTO

Siyəzəndə yüksək sürətlə idarə olunan avtomobil idarəetmədən çıxaraq aşıb.
Avtosfer.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında deyilir.
Məlumata görə, hadisə səbəbindən qadın sürücünün avtomobildə olan azyaşlı övladı həyatını itirib.
Qeyd olunub ki, Bərdədə isə avtomobili sürücülük hüququ olmadan sərxoş vəziyyətdə idarə edən şəxsin törətdiyi qəzada onun həyat yoldaşı dünyasını dəyişib.
BDYPİ-dən bildirilib ki, sükan arxasında bir anlıq məsuliyyətsizlik bütöv bir ailənin faciəsinə çevrilir: "Son vaxtlar baş verən ağır yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, sürücülərin yol hərəkəti qaydalarına etinasız yanaşması bir sıra hallarda bütöv bir ailənin faciəsi ilə nəticələnir. Xüsusilə narahatlıq doğuran məqam ondan ibarətdir ki, bəzi sürücülər avtomobildə ailə üzvləri, azyaşlı övladları olsa belə, təhlükəli sürət seçir, yol hərəkəti qaydalarını kobud şəkildə pozur, hətta sərxoş vəziyyətdə sükan arxasına əyləşir. Belə hallarda ani diqqətsizliyin məntiqi sonluğu isə bütöv bir ailə faciəsi və ömürlük iztirabla bitir. Sadalanan faktlar bir daha göstərir ki, sürücülərin yol verdiyi xətaların qurbanları bəzən elə onların öz doğmaları olur. Halbuki bu hadisələrin mütləq əksəriyyətinin qarşısını almaq mümkündür. Əlbətdə ki, sürücü sükan arxasında məsuliyyətli davranıb yol hərəkəti qaydalarına, sürücü intizamına riayət edərsə, özü də, doğmaları da, neçə-neçə günahsız hərəkət iştirakçısı da mənzil başına sağ-salamat çatar. Unudulmamalıdır ki, avtomobil yüksək təhlükə mənbəyidir. Sükan arxasında edilən hər düşüncəsiz davranış təkcə sürücünün deyil, onun ailəsinin, yaxınlarının və digər hərəkət iştirakçılarının həyatını təhlükə altında qoyur".

Kəmərsiz sərnişinə görə saxlanılan sürücüdən polisə qarşı hörmətsizlik: "Yaxşı edib taxmır" - VİDEO
Qəbələdə narkotikin təsiri altında olan sürücü 15 gün HƏBS EDİLDİ - FOTO
Küləkli havada avtomobilləri qapalı məkanlarda park edin - DYP
Vilayət Eyvazov yeni təyin olunmuş hakimlərlə görüşdü - FOTOLAR
20 ballıq cərimə limiti artırılır? - VİDEO
Şəhid övladları üçün “Yol Polisimizlə bir gün” tədbiri keçirilib - VİDEO
“Təhlükəsizlik qaydalarına əməl edin, yuxusuz sükan arxasına keçməyin” - DYP-dən XƏBƏRDARLIQ
Bu ərazilərdə hava kəskin pisləşdi; yol polisi gücləndirilmiş rejimdə xidmətə başladı - VİDEO
Qəfil manevrlərdən çəkinin! - DYP-dən sürücülərə xəbərdarlıq
Polis velosiped və skuter sürücülərinin qorxunc görüntülərini paylaşdı - VİDEO
Zaqatalada narkotikin təsirində sükan arxasına keçən sürücü HƏBS OLUNDU - FOTO










