Şirvanda VAZ-2106 yük maşını ilə TOQQUŞDU - VİDEO - YENİLƏNİB

Qəzalar 4 İyun 2026 11:36
Şirvanda VAZ-2106 yük maşını ilə TOQQUŞDU - VİDEO   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Şirvan şəhərində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Şirvan şəhərində iyulun 3-də saat 20:30-da baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə 1992-ci il təvəllüdlü şəxs (kişi) Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Ona sol qolun travması diaqnozu təyin edilib. Pasiyentə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda vurğulanıb./oxu.az

***10:23

Şirvan şəhərində ağır yol-nəqliyyat hadisəsi olub.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, qəza ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilir ki, avtoqəza ötən gün axşam saatlarında baş verib. Belə ki, saman daşıyan QAZ-54 markalı yük avtomobili ilə VAZ-2106 markalı minik maşını toqquşublar.

VAZ-2106 markalı avtomobilə ciddi ziyan dəyib, yararsız hala düşüb. Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım xidməti cəlb olunub.

Qəza nəticəsində xəsarət alan və ya həyatını itirən şəxslərin olub-olmaması barədə hələlik rəsmi məlumat verilməyib.

Hadisənin təfərrüatı ilə bağlı aidiyyəti qurumlara sorğu ünvanlanıb.

Oxunub : 204
ŞƏRH YAZ
Ad

E-mail

Şərh