Yol polisi zolağı qəfil dəyişib təhlükə yaradanların görüntülərini yaydı - REAL VİDEO

"Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bütün yol hərəkəti iştirakçılarını qaydalara ciddi şəkildə əməl etməyə və yollarda diqqətli olmağa çağırır.
Müşahidələr də göstərir ki, kəskin və düşünülməmiş manevrlər, xüsusilə qəfil zolaq dəyişmələri, nəqliyyat vasitələri arasında zəruri interval və məsafə saxlanılmaması yollarda qəza riskini əhəmiyyətli dərəcədə artırır.
Belə davranışlar digər sürücülər üçün gözlənilməz və təhlükəli vəziyyət yaradır ki, bu da sonda ağır nəticələrə səbəb olur".
Avtosfer.az xəbər verir ki, bu barədə BDYPİ-nin sürücülərə müraciətində bildirilib.
Qeyd olunub ki, hər hansı manevr zamanı dönmə işıqlarından istifadə edilməsi mütləqdir.
"Çünki vaxtında verilən siqnal digər yol hərəkəti iştirakçılarına yol şəraitini düzgün qiymətləndirməyə və təhlükəsiz qərar verməyə imkan yaradır.
Sürücülərdən qarşılıqlı hörmət nümayiş etdirməyi, tələskənliyə yol verməməyi, yol hərəkəti qaydalarına riayət etməyi, zəruri ara məsafəsi saxlamağı, manevrləri yalnız təhlükəsizliyə tam əmin olduqda həyata keçirməyi xahiş edirik. Unutmayaq ki, yollarda təhlükəsizlik hər bir iştirakçının məsuliyyətindən asılıdır", - deyə müraciətdə vurğulanıb.
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
DYP bayramla əlaqədar səfər edəcək sürücülərə müraciət etdi - VİDEO
Vilayət Eyvazov Bakıda sıra baxışı keçirib 179 nəfəri işə götürdü - VİDEO
DİN-in Polis Akademiyasında Zəfər Gününə həsr olunmuş konfrans keçirildi - FOTO - VİDEO
Yol polisindən hava ilə bağlı XƏBƏRDARLIQ - FOTO
"İşıq cihazlarının sazlığına diqqət yetirin!" - DYP-dən XƏBƏRDARLIQ












