Yol polisimiz Rusiyada yarışa qatılıb MDB birincisi oldu - VİDEO

Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Dövlət Avtomobil Müfəttişliyinin yaradılmasının 90 illiyi münasibətilə Moskva şəhərində keçirilən “ən yaxşı yol patrul xidməti əməkdaşı” adlı peşəkar ustalıq müsabiqəsində Azərbaycan polisi uğura imza atıb. Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis kapitanı Emil İbrahimov müsabiqəyə dəvət olunmuş MDB ölkələrinin yol patrul xidməti əməkdaşları arasında birinci yerə layiq görülüb.
Avtosfer.az xəbər verir ki, müsabiqədə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Tacikistan və Azərbaycandan olan yol polisi əməkdaşları iştirak ediblər.
Yarış iştirakçılarının peşə hazırlığı bir neçə istiqamət üzrə qiymətləndirilib. Sınaqlar yol hərəkəti qaydaları üzrə test imtahanı, yol hərəkətinin tənzimlənməsi və nizamlanması, yol nəqliyyat hadisələri zamanı ilkin tibbi yardım bacarıqları, atəş hazırlığı, silahla davranış və təhlükəsizlik qaydaları, praktiki atıcılıq və fiziki hazırlıq mərhələlərini əhatə edib.
Bütün mərhələlər üzrə yüksək nəticə göstərən polis kapitanı Emil İbrahimov birinci yeri qazanaraq yarışın qalibi olub.
Qeyd edək ki, bu, Emil İbrahimovun nüfuzlu müsabiqədə ilk uğuru deyil. O, Dövlət Avtomobil Müfəttişliyinin yaradılmasının 80 illiyi münasibətilə keçirilən beynəlxalq yarışda da MDB ölkələrinin yol patrul xidməti əməkdaşları arasında birinci yerə layiq görülmüşdü. Qaliblərin təltifetmə mərasimində Rusiya Daxili İşlər Nazirliyinin rəhbər şəxsləri iştirak edib.
Şəhidlərin xatirəsinə həsr olunan cüdo çempionatı keçirilib - FOTO - VİDEO
Yol polisi sürücülərə xəbərdarlıq etdi - VİDEO
Bu ilin yanvar-sentyabr aylarında qəzalarda ölənlərin sayı azalıb - DİN
Bu ilin 9 ayında 146 cinayətkar qrup zərərsizləşdirilib - VİLAYƏT EYVAZOV
Vilayət Eyvazov Kollegiya iclası keçirdi; tapşırıqlar verdi - FOTOLAR
Xətaidə “Təmiz hava” aylığı; atmosferi çirkləndirənlər CƏRİMƏLƏNDİ - VİDEO
Oğuzda “Təmiz hava” aylığı çərçivəsində reyd keçirildi - VİDEO
DYP skuter sürənlərin kobud qayda pozuntularını yayıb xəbərdarlıq ETDİ - VİDEO
Vilayət Eyvazov vətəndaşları qəbul edəcək - BU ŞƏHƏRDƏ - FOTO
Xəzər rayonunda ekoloji reyd; qayda pozan sürücülər 50 MANAT CƏRİMƏLƏNDİ - VİDEO
Qusarda “Təmiz hava aylığı” çərçivəsində profilaktik tədbirlər keçirilib - FOTO - VİDEO













