Avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR: 10-12 martdan etibarən ENDİRİMLƏR OLACAQ

Ramazan ayı və Novruz bayramı ərəfəsində Azərbaycanda rəsmi avtomobil dilerləri müştərilər üçün müxtəlif güzəştlər və endirim kampaniyaları təqdim edirlər. Hazırda bir sıra avtomobil markaları üçün əlverişli şərtlərlə satış imkanları yaradılıb.
Bəs bu kampaniyalar hansı üstünlükləri təklif edir və hansı modellərə şamil olunur?
Avtosfer.az xəbər verir ki, Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) icraçı direktoru Eyyub Əliyev endirim kampaniyaları ilə bağlı Yenisabah.az-a danışıb:
“Azərbaycanın rəsmi avtomobil dilerləri Ramazan ayı və Novruz bayramı ərəfəsində müştərilər üçün müxtəlif kampaniyalar təqdim edirlər. Hazırda bir çox şirkət tərəfindən endirimlər və güzəştli şərtlər təklif olunur. Bu kampaniyalar arasında Ramazan ayına özəl olaraq faizsiz kredit imkanları, 2000 manatdan başlayan endirimlər, eləcə də üzv dilerlər tərəfindən ilkin ödənişsiz kredit şərtləri yer alır. Bundan əlavə, bəzi dilerlər servis xidmətlərində endirimlər və aksesuar hədiyyələri kimi əlavə üstünlüklər də təqdim edirlər”.
E.Əliyev digər avtomobil şirkətlərinin kampaniyalara qoşulma vaxtını da açıqlayıb:
“Azərbaycanın Avtomobil Dilerləri Assosiasiyasına üzv olan rəsmi dilerlər hazırda aktiv kampaniyalar həyata keçirsələr də, bəzi şirkətlər 10-12 mart tarixlərindən etibarən endirim proqramlarına start verməyi planlaşdırırlar. Hazırda isə ölkədə təxminən 6-7 rəsmi avtomobil dileri bu kampaniyaları reallaşdırır. Avtomobil almağı planlaşdıranlar üçün bu fürsətlər həm maliyyə baxımından sərfəli seçimlər yaradır, həm də müxtəlif modellər üzrə daha uyğun şərtlərlə avtomobil sahibi olmaq imkanı təqdim edir”.
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Həftələrlə satılmayan avtomobillər: Bazarda vəziyyət ağırlaşır - VİDEO
Azərbaycanda 5 minə avtomobillər SATIŞA ÇIXDI - Böyük fürsət
İkinci əl avtomobil alarkən diqqətli olun: Gizlədilən təhlükə var - VİDEO










