Bu şirkət Cənubi Koreya bazarını 2026-cı ildə bağlayacaq - RƏSMİ
Yaponiyanın avtomobil nəhəngi “Honda” Cənubi Koreya bazarı ilə bağlı mühüm qərar qəbul edib.
Avtosfer.az xəbər verir ki, şirkət 23 ildir fəaliyyət göstərdiyi Cənubi Koreya bazarında avtomobil satışlarını dayandırmağa hazırlaşır. Rəsmi açıqlamaya görə, ölkədə avtomobil satış əməliyyatları 2026-cı ilin sonuna qədər tamamilə dayandırılacaq.
Seulda keçirilən mətbuat konfransında “Honda Korea” şirkətinin baş direktoru Li Ci-Honq bildirib ki, bu qərar dəyişən bazar şərtləri, valyuta dalğalanmaları və qlobal rəqabətin güclənməsi fonunda qəbul olunub. Onun sözlərinə görə, son illərdə xüsusilə Çin avtomobil istehsalçılarının regionda artan təsiri rəqabəti daha da sərtləşdirib.
Mütəxəssislər hesab edir ki, Asiya bazarında yeni oyunçuların aktivliyi və qiymət rəqabətinin artması ənənəvi brendləri strategiyalarını yenidən nəzərdən keçirməyə məcbur edir. Bu baxımdan “Honda”nın qərarı sənayedə geniş rezonans doğurub.
Bununla belə, şirkət mövcud müştərilər üçün satış sonrası xidmətləri davam etdirəcəyini açıqlayıb. Rəsmi nümayəndələr bildiriblər ki, servis və texniki dəstək xidmətləri fasiləsiz şəkildə fəaliyyət göstərəcək və müştəri məmnuniyyəti qorunacaq.
Qeyd edək ki, bu addım “Honda”nın Cənubi Koreyadan tam çıxması anlamına gəlmir. Şirkət ölkədə xüsusilə güclü olduğu motosiklet seqmentinə daha çox diqqət ayırmağı planlaşdırır və bu sahədə mövqeyini gücləndirmək niyyətindədir.
Xatırladaq ki, “Honda” Cənubi Koreyada fəaliyyətə 2001-ci ildə motosiklet əməliyyatları ilə başlayıb, 2003-cü ildə isə avtomobil satışlarına start verib. Şirkət bu müddət ərzində ölkədə təxminən 108 min avtomobil satıb, motosiklet satışları isə 420 min ədədi keçib.
Eltac Zülfüqaroğlu
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR
1984-cü ildə Avropada "VAZ-2107" reklamı - FOTO
“Toyota”nın Avropada rekordu












