Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir

Çinin Ticarət Nazirliyinin avtomobil ixracına lisenziya verilməsinə dair 404 saylı qərarı dünyanın aparıcı dillərinə tərcümə edilərək yayılıb.
Avtosfer.az xəbər verir ki, yeni qərarla Pekin avtomobil ixracına dövlət nəzarətini sərtləşdirmək istəyir. Məqsəd ilk növbədə boz sxemləri (qeyri-rəsmi dilerlər, təsadüfi idxal, avtomobil alışı turizmi) aradan qaldırmaqdır.
Yeni qayda ölkə xaricində satış, servis, təmir və qiymət siyasətinə görə məsuliyyəti avtomobil istehsalçılarının üzərinə qoyur. Rusiyalı ekspert Artyom Samorodovun fikrincə, yeni qaydalar bütün bazar iştirakçılarının işini çətinləşdirəcək.
Çinin ticarət nümayəndəlikləri dilerlərin fəaliyyəti barədə audit apararaq hər il oktyabrın 28-dək hökumətə təqdim edəcək.
Böyük istehsalçının xaricdə azı 50 servis mərkəzi olmalıdır. Mərkəzin fotoları, avadanlıq siyahısı, lisenziyası, əməkdaşların sertifikatları vahid bazaya yüklənməlidir.
Dempinqlə mübarizə məqsədi ilə ixrac lisenziyasında avtomobilin maya dəyəri göstərilməli, sağlam rəqabətə dair öhdəlik imzalanmalıdır.
Bu ilin yanvarından qüvvəyə minən 6 aylıq məhdudiyyət (işlənmiş avtomobil yalnız 6 aydan sonra ixrac edilə bilər) demək olar səmərə vermədiyi üçün hökumət yeni qaydalar tətbiq edib.
Yeni qaydalar avtomobil idxalçılarının xərclərini artıracaq. Onlar da öz növbəsində bu xərcləri alıcılara yükləməyə məcburdurlar. Lakin, yanvaradək hansısa cidid bahalaşmadan danışmaq hələ tezdir. Əksər ölkələrdə dilerlər nəinki 2026, heç 2025-ci ildə gətirdikləri avtomobilləri satıb qurtarmayıb. İstismar olunmayan avtomobillərin qiyməti il keçdikcə azalır.
Nəhayət, ən vacib məsələ, budur ki, sırf Çin bazarı üçün nəzərdə tutulmuş avtomobillərin ixrac yolu bağlanacaq. Bu da ən çox “Volkswagen”, “Toyota”, “Mazda” və “Nissan”ın işinə yarayacaq.
Vüqar
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












