Elektromobillərin istehsalı 2 il sonra çatışmazlığa səbəb ola bilər - ARAŞDIRMA

Elektrikli nəqliyyat vasitələrinə tələbatın sürətlə artması qlobal litium bazarında ciddi təzyiq yaradır. Mütəxəssislərin fikrincə, yeni yataqların işlənməsi və investisiyalar artırılmasa, yaxın illərdə litium tədarükündə ciddi çatışmazlıq yarana bilər.
Avtosfer.az xəbər verir ki, beynəlxalq konsaltinq şirkəti “Wood Mackenzie” tərəfindən hazırlanan hesabatda qeyd olunur ki, qlobal litium tədarükündə ilk əhəmiyyətli çatışmazlığın 2028-ci ildə baş verəcəyi gözlənilir. Hesabata görə, investisiyalar sürətləndirilməzsə, enerji keçidi ssenarilərindən asılı olaraq litiuma olan qlobal tələbat 13 milyon tonu keçə bilər.
Mütəxəssislər bildirirlər ki, litium tələbatının təxminən 80 faizi birbaşa elektrikli avtomobil batareyalarının istehsalından qaynaqlanır. Proqnozlara əsasən, 2040-cı ilə qədər qlobal avtomobil satışlarının təxminən 75 faizi elektrikli nəqliyyat vasitələrinin payına düşəcək. Lakin mövcud litium hasilatı layihələri bu sürətli artımı tam şəkildə qarşılaya bilmir.
Ekspertlər hesab edirlər ki, yaranacaq fərqi aradan qaldırmaq üçün böyük həcmli investisiyalara ehtiyac var. Batareyaların təkrar emalı müəyyən qədər kömək etsə də, bu sahənin genişmiqyaslı tətbiqinin 2040-cı illərə qədər tam formalaşacağı gözlənilmir.
Hesabatda vurğulanır ki, litium çatışmazlığının qarşısını almaq və tələbatı qarşılamaq üçün 2050-ci ilə qədər təxminən 276 milyard dollar həcmində investisiya tələb olunur.
Bundan əlavə, bərpa olunan enerji mənbələrinə keçid də litiuma olan tələbatı artırır. Şəbəkə miqyasında enerji saxlama sistemlərinə ehtiyacın artması nəticəsində bu sahədə istifadə olunan batareyalara tələb hər il təxminən 7 faiz artım göstərə bilər.
Eltac Zülfüqaroğlu
Kremlə lüks avtomobil satan dilerə həbs və cərimə
Məşhur şirkət elektromobillər üçün yeni mühərrik sistemini təqdim etdi - RƏSMİ
İsrailin atdığı reaketdən salamat çıxan Çin maşını GÜNDƏM OLDU
Çin avtomobil istehsalçıları arasında ən pis vəziyyətdə olan "BYD"dir
Ekspertlər 2026-cı ilin ən yaxşı 5 krossoverini açıqladı
ABŞ şirkəti 605 minə yaxın avtomobili geri çağırdı: Səbəb bu imiş - RƏSMİ
Məşhur şirkət yeni ağıllı qış təkərlərini təqdim etdi - FOTO
Havanın temperaturu elektromobilin qət etdiyi məsafəni azaldır - ARAŞDIRMA
Alman avtomobil nəhəngi yeni helikopterini təqdim etdi - FOTO
“Lada” üçün 20 ilin ən pis ayı
Yaxın Şərqdəki böhran avtomobil sənayesinə necə təsir edəcək?










