“Honda” çip çatışmazlığı səbəbindən avtomobil istehsalını dayandırdı

Yaponiyanın “Honda” konserni “Nexperia” adlı yarımkeçirici istehsalçısından tədarük problemləri səbəbilə çip qıtlığı yaşandığı üçün Meksikadakı avtomobil zavodunda istehsalı müvəqqəti dayandırıb, bu barədə “Nikkei Asia” portalı məlumat yayıb.
Avtosfer.az xəbər verir ki, verilən məlumata görə, istehsalı dayandırılan zavod əsasən ABŞ-yə avtomobil ixracı üçün fəaliyyət göstərib. Ötən il orada 190 minədək avtomobil istehsal edilib, onların 150 mindən çoxu ABŞ-yə ixrac olunub.
Çip qıtlığı Çin və Niderland arasında “Nexperia” şirkəti ətrafında yaranan mübahisə ilə əlaqələndirilir. Şirkət Niderlandda yerləşir, lakin Çinin “Wingtech” holdinqinə məxsusdur. “Honda” bəzi avtomobil hissələrində “Nexperia”nın yarımkeçiricilərindən istifadə edir. Zavodun işinin nə vaxt bərpa olunacağı hələ məlum deyil.
Portal qeyd edir ki, çip çatışmazlığı “Honda”nın ABŞ və Kanadadakı zavodlarına da təsir edib. Bu, şirkətin avtomobil istehsalında tədarük zəncirinə görə ilk dəfə fasilə verməsidir. Bununla belə, Meksikada motosiklet istehsalı davam edir və problemə məruz qalmayıb.
12 oktyabrda Niderland İqtisadiyyat Nazirliyi “Nexperia” ilə bağlı “malların əlçatanlığı haqqında qanun”u tətbiq etdiyini açıqlayıb — bu, strateji aktivlərin qorunması üçün yalnız istisna hallarda istifadə olunan mexanizmdir. İki gün sonra Amsterdam Apellyasiya Məhkəməsi “Nexperia”nın rəhbəri Çjan Syueçjeni vəzifəsindən uzaqlaşdıraraq müvəqqəti direktor təyin edib.
Bundan sonra “Bloomberg”in məlumatına görə, Çin hökuməti cavab tədbiri olaraq “Nexperia”ya qarşı ixrac məhdudiyyətləri tətbiq edib, şirkətin Çin bölməsinə və onun subpodratçılarına bəzi komponentlərin ölkədən çıxarılmasını qadağan edib.(banker.az)
Avropa mətbuatı: “Çin avtomobili – tez elə, pis elə”
Dubay polisinin istifadəsinə yeni lüks avtomobillər verildi - FOTOLAR
Çinin lüks elektromobilinin yanmasının səbəbi üzə çıxdı
Baş direktor: Lüks avtomobil sahibləri elektromobilə maraq göstərmirlər
Elektromobillər neft böhranlarının Çinə təsirini azaldır
“Mercedes” Almaniyadakı zavodunu bağlaya bilər
Hibrid və elektromobil ustaları üçün ekspert tövsiyələri
İş adamından Çin avtomobillərinin keyfiyyəti ilə bağlı xəbərdarlıq
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət












