SSRİ-də avtomobillə bağlı bunları yazmaq qadağan idi - FOTO

Bu xəbərdə göstərəcəyimiz faktlar oxucuya qəribə gələ bilər, amma reallıqdır.
Avtosfer.az-ın xəbərinə görə, sovet mətbuatında bütün materiallar QLAVLİT (Mətbuatda Dövlət və Hərbi Sirlərin Qorunması üzrə Baş İdarə) deyilən qurumun senzorları tərəfindən 3 mərhələdə yoxlanırdı. Qəzet rəhbərləri də problem yaranmasın deyə çətin mövzulara ümumiyyətlə toxunmurdu.
QLAVLİT-in 1976-cı ildə məxfi qrifi ilə nəşr olunmuş 180 səhifəlik siyahısında (indi açıq informasiyadır) şübhəsiz avtomobil sənayesi də yer alırdı.
Siyahının 100-cü paraqrafının 15-ci maddəsinə görə, istehsal edilən avtomobillərin ümumi sayı, yük avtomobillərinin isə marka və tipinə görə sayı barədə məlumatlar mətbuatda işıqlandırıla bilməzdi. Traktorlardan isə yalnız əkin traktorlarının sayı barədə məlumat verilə bilərdi.
Qadağa mühərrik və şin sənayesinə də aid idi. Şin, Dizel mühərrikləri və generatorların istehsalı barədə ümumiyyətlə xəbər verilə bilməzdi. Yalnız azlitrajlı mühərriklərin istehsal barədə məlumata icazə verilirdi ki, bunların da istehsalı əhəmiyyətsiz dərəcədə idi.
Qəza xəbərləri də bir qayda olaraq mətbuata ayaq aça bilmirdi.
Lakin bir istisna vardı ki, bunun da barəsində ayrıca icazə tələb olunurdu: hansısa zavodun yubiley məhsulu barədə qısa məlumat vermək olardı: Məsələn, VAZ bu tarixdə 1 milyonuncu “Jiquli”ni istehsal edib və s.
QLAVLİT-in ömrü Sovet İttifaqından daha uzun oldu. 25 oktyabr 1991-ci ildə SSRİ-də bu struktur ləğv edilsə də, ləğvetmə qısa çəkdi. Müstəqillik qazanan Orta Asiya və Qafqaz respublikalarının yeni rəhbərlərinin ilk işi QLAVLİT-i başqa adla bərpa etmək oldu.
Azərbaycanda bu bədnam strukturun fəaliyyətinə Heydər Əliyev son qoydu.
Vüqar
"Porche" Hindistan şirkəti ilə milyardlıq müqavilə bağladı
Almaniyada “Audi” üçün servis problemi: Paralel ixracın fəsadı - FOTO
Almaniyada avtosənaye böhranı: Şirkətlər tibbi və hərbi sahələrə yönəlir
Çində 4 milyon elektromobil geri çağırılır – Səbəbi isə bu imiş
"Tesla" Çindən milyonlarla elektromobilini geri çağırır - SƏBƏB
ABŞ-də avtomobillər rekord BAHALAŞDI
Hörmüz böhranı: Avtomobil istehsalçıları müştərilərini itirəcək
Bu elektromobil ehtiyacından çox elektrik hasil edir - FOTOLAR
Bu avtomobillərin arxa kamerasında problem aşkarlanıb – Rəsmi AÇIQLAMA
Bu markaların traktorları da var imiş - "Porsche", "Lamborghini" - FOTOLAR
Çin avtomobillərində mühərrikin kiçik olmasının SƏBƏBİ BU İMİŞ














