Səki problemi şəhərin gələcəyinə necə təsir edir? – Ekspert AÇIQLADI – VİDEO

Paytaxtın bir sıra ərazilərində piyadalar üçün nəzərdə tutulmuş infrastrukturun yetərli olmaması və səkilərin davamlılığının pozulması şəhər sakinlərinin gündəlik hərəkətinə mənfi təsir göstərir. Piyadaların rahat və təhlükəsiz hərəkəti üçün keyfiyyətli səki infrastrukturu şəhərsalmanın əsas elementlərindən biri olmalıdır.
Avtosfer.az xəbər verir ki, bu fikirləri nəqliyyat eksperti Anar Əliyev bildirib.
Ekspertin sözlərinə görə, Bakıda piyadalar tez-tez səkilərin qəfil bitməsi, daralması və ya müxtəlif maneələrlə qarşılaşması problemi ilə üzləşirlər. Bu vəziyyət insanların rahat hərəkət imkanlarını məhdudlaşdırır və bir çox hallarda onları hərəkət hissəsinə çıxmağa məcbur edir.
Anar Əliyev qeyd edib ki, səki sadəcə piyadalar üçün ayrılmış yol deyil, şəhər həyatının keyfiyyətini müəyyən edən vacib infrastruktur elementidir.
Müasir şəhərlərdə səkilər kifayət qədər geniş olmalı, davamlı və keyfiyyətli materiallarla örtülməli, əlillər və uşaq arabası ilə hərəkət edən şəxslər üçün əlçatanlıq təmin edilməlidir. Eyni zamanda yaşıllıq zolaqları, ağaclar və istirahət üçün nəzərdə tutulan şəhər mebelləri piyadaların rahatlığını artıran amillər sırasındadır.
Ekspert vurğulayıb ki, piyadalar üçün əlverişli şərait yaradılmadıqda insanlar ən qısa məsafələrdə belə avtomobildən istifadəyə üstünlük verirlər ki, bu da nəqliyyat sıxlığının və tıxacların artmasına səbəb olur.
Rahat və təhlükəsiz küçə mühiti təkcə hərəkət imkanlarına deyil, insanların psixoloji vəziyyətinə də təsir göstərir.
“Psixoloqların da qeyd etdiyi kimi, insanlar rahat, təhlükəsiz və insan yönümlü küçə mühitində daha az stress yaşayırlar. Əksinə, piyada infrastrukturu zəif olan, hərəkətin çətinləşdiyi küçələr insanlarda narahatlıq və gərginlik yarada bilər. Küçələrin ölçüləri, binaların yerləşməsi və ümumi şəhər mühiti də bu baxımdan mühüm rol oynayır”, – deyə ekspert qeyd edib.
Mütəxəssis hesab edir ki, şəhərsalma layihələrində piyadaların maraqları daha çox nəzərə alınmalı, səkilərin keyfiyyəti və əlçatanlığı artırılmalıdır. Onun fikrincə, rahat və təhlükəsiz səki şəbəkəsinin yaradılması həm şəhər sakinlərinin həyat keyfiyyətini yüksəldər, həm də avtomobildən asılılığın azalmasına töhfə verər.
Eltac Zülfüqaroğlu
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO
Sığortanın bitməsi ilə bağlı SMS gəlməyibsə cərimə yazıla bilər? – AÇIQLAMA - VİDEO
Maşını olanların NƏZƏRİNƏ: Bu nömrələrin dəyişdirilməsi...- RÜSUM NƏ QƏDƏRDİR?
Azərbaycandakı bu qanunda dəyişikliyin edilməsinə ehtiyac var? - AÇIQLAMA
Maneənin üzərindən keçərkən bu səhvə yol verməyin – TÖVSİYƏ - VİDEO
Bu ölkədə şagirdlərə qarşı fiziki gücdən istifadə qanuniləşdirilir
Dönmə zamanı bu səhv tıxaca səbəb olur: Sürücülərə XƏBƏRDARLIQ – VİDEO
Bu küçədə yaşıl işıq yanan kimi tələsməyin: Qəza riski var – VİDEO
Sığortası olmayan maşın qəzaya düşsə, cərimə oluna bilər? - İZAH - VİDEO
Vətəndaşlar COVID-19 pandemiyasından dərs götürməyib - HƏKİM
Xətai prospektində kəsişmənin yeni sxemi necə işləyir? – AÇIQLAMA - VİDEO












