"Siqnal" idarəsi yollara yeni nişanlar quraşdırdı, xətlər yeniləndi - FOTOLAR

DİN Baş Dövlət Yol Polisi İdarəsinin “Siqnal” İLİİ respublikanın şəhər və rayonlarında nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində fəaliyyətini davam etdirir. Avtosfer.az xəbər verir ki, respublikanın müxtəlif bölgələrindəki avtomobil yollarında aparılan müayinələr nəticəsində hazırlanmış layihələrin icrası Baş İdarəyə bilavasitə tabe olan “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsi və onun regional istismar sahələrinin əməkdaşları tərəfindən mərhələli şəkildə həyata keçirilir.
Sumqayıt şəhərində nişanlanma xətləri yenilənib, Lənkəran və Bərdədə istismara yararsız nişanlar yenilənib, yol-cizgi xətləri çəkilib.
Göygöl rayonunda Aşıxlı kənd orta məktəbinin qarşısında piyada keçidi çəkilib.
Mingəçevirdə isə svetoforlara texniki qulluq göstərilib, trosların dartılması nəticəsində boşluqlar və digər texniki problemlər aradan qaldırılıb. Şəki-Oğuz yolundakı sərt döngələrdə nişanlar yenilənib.
Emin
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
Nasaz avtomobili ilə yük maşınının arasında qalan sürücü öldü - FOTO
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO




































