Bakıda vətəndaş məşhur restorandan sifariş vermək istədi, ata görə qəbul etmədilər - VİDEO

Paytaxtda yaşanan qeyri-adi hadisə sosial şəbəkələrdə maraqla qarşılanıb.
Avtosfer.az xəbər verir ki, şəhər sakinlərindən biri “McDonald’s” restoranına at belində gələrək sifariş verməyə cəhd edib. Görüntülərdən aydın olur ki, o, avtomobillərin sifariş qəbul nöqtəsinə yaxınlaşaraq adi müştəri kimi menyudan yemək sifariş etmək istəyib.
Lakin restoranın əməkdaşları bu qeyri-adi vəziyyət qarşısında sifarişi qəbul etməkdən imtina ediblər. Onlar bildiriblər ki, at nəqliyyat vasitəsi kimi qəbul edilmir və təhlükəsizlik qaydalarına əsasən, sifariş yalnız avtomobil və ya motosikletlə gələn müştərilərdən götürülə bilər.
Müştəri isə buna etiraz edərək sifarişinin at üzərində qəbul olunmasını tələb edib. O, özünü digər nəqliyyat vasitələrindən fərqli saymadığını və sifariş vermək hüququnun olduğunu deyib. Lakin restoran əməkdaşları qaydaların dəyişdirilə bilməyəcəyini vurğulayaraq, yalnız müştəri atdan düşdüyü və ya piyada qaydada sifariş verdiyi halda onu qəbul edə biləcəklərini bildiriblər.
Müştəri isə istəyi qəbul olmadığını üçün. ərazidən uzaqlaşıb.
Eltac Zülfüqaroğlu
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO
"Ölüm yuvası” dedik, tədbir görən olmadı – Moto kuryer lyuka düşdü - VİDEO
Sübh çağı dəhşətli hadisə - Sürücü yuxuladı, sərnişin öldü - VİDEO
Bu yolun sağ zolağı ölüm yuvasıdır - ŞİKAYƏT - VİDEO
Müəllim və şagirdlər Dövlət Himnini birlikdə səsləndirdilər – VİDEO
Sultəpədə səki problemi: Piyadalar çətinliklə hərəkət edir – VİDEO
99-AV-999 nömrəli "Lamborghini" saxlanıldı - Avtoxuliqanlığın özəl görüntüləri - VİDEO
Astarada "Niva" 70 metrlik dərəyə düşdü; sürücü ÖLDÜ - VİDEO
Maşın bazarında parklanma problemi: Limiti keçənlər əlavə ödəniş edir – İDDİA - VİDEO
Nübarda yol çala-çuxur içindədir – Sakinlər illərdir əziyyət çəkir - VİDEO
Anidən əks yola çıxmaq istədi; qəza baş verdi - VİDEO












