Boşanma prosesində ər maşını sata bilərmi? - Qanunda boşluqlar var, qadınlar əziyyət çəkir - VİDEO

Boşanma zamanı cütlüklər arasında əmlak bölgüsü mübahisələri yaranır. Belə ki, qanunvericiliyə görə, birgə nikah dövründə əldə edilmiş əmlak boşanan zaman ərlə arvad arasında bölünməlidir. Bu, həm daşınar, həm də daşınmaz əmlaka aiddir.
Avtomobilin alqı-satqısı zamanı satan şəxsin həyat yoldaşından razılıq əldə olunması təcrübəsi çox təəssüf ki, hələ formalaşmayıb. Bu səbəbdən də sonradan problemlər yaranır və hətta satılmış maşınla bağlı məhkəmə çəkişmələri gedir. Əksər hallarda boşanma məsələsi ortaya çıxan zaman ər qısa müddət ərzində avtomobili başqa bir şəxsin adına keçirir və ya satır.
Əmlak birgə nikah dövrü zamanı əldə olunubsa burada arvadın da payı var. Ona görə də boşanma prosesində məhkəmədə əmlakın bölünməsi iddiası qaldırılır. Avtomobil alqı-satqı müqaviləsi ilə satılmış olsa da belə, arvadın notarial qaydada razılığı olmadığı üçün səhəri gün satılmış avtomobilin bölünməsi iddiası qaldırıla bilər.
Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən vəkil Elçin Şəfiyev bildirib ki, birgə nikah dövründə əldə olunmuş bütün əmlak tərəflərin ümumi birgə mülkiyyəti hesab olunur və nikah pozulan zaman həmin əmlak ər və arvad arasında bölünür:
“Əgər əmlak bölgüsü vaxtı tərəflərdən biri öz adında olan əmlakı başqa şəxsin adına bağışlama, alqı-satqı və ya hər hansı razılşma yolu ilə keçirirsə, digər tərəf qarşı tərəfə həmin əmlakın başqa şəxsin adına keçirilməsi əqdinin etibarsızlığı barəsində iddia qaldıra bilər. Bu zaman sübut edilməlidir ki, bu əqd bağlanan zaman iddia edən şəxsin razılığı alınmayıb. Həmin əqd etibarsız sayıldıqdan sonra satılan əmlak şəxsin adına qayıdır və ümumi əmlak kimi ər ilə arvad arasında bölünür”.
Hüquqşünas qeyd edib ki, ümumi əmlakın tərəflərin razılığı olmadan başqa şəxsin adına keçirilməsi qanunsuzdur:
“Hər bir halda ümumi mülkiyyətdə olan əmlakın satılması, bağışlanması və ya başqa şəxsin adına keçirilməsi zamanı digər tərəfin razılığı alınmalıdır”.
Qeyd edək ki, hal-hazırda qanunvericilikdə bununla bağlı boşluq olduğu üçün yol polisi vətəndaşladan razılaşma sənədi tələb edə bilmir.
Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanıb.

Müəllif: Məhəbbət Tərlanoğlu
Biləcəridə sürücü qadının avtomobilini vurub hadisə yerindən qaçdı - REAL VİDEO
Polisdən qaçan sürücü qəza törətdi; sərnişinlə birlikdə maşından düşüb qaçdılar - VİDEO
Piyadalara “zebra”da yol verən sürücü qəzaya səbəb oldu; 4 nəfər yaralandı - VİDEO
Sürücülərin ən çox razı olduğu avtomobillər - SİYAHI
Maşına saxta lidar quraşdıranların məqsədi nədir? – Ekspertdən AÇIQLAMA - VİDEO
Ötmə zamanı iki maşın toqquşdu; 2 nəfər öldü, 2 yaralı var - VİDEO
İllərdir təmir edilməyən yola təcili yardım maşınları da girmir – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO
Əmrə tabe olmayan "Porsche" sürücüsü qaçmaq istədi - Polis atəş açıb saxladı - VİDEO
Sürücülük dərsi yoxsa “TikTok” şousu? - Təlimçi özünü ifşa etdi - VİDEO
Binədə qaydaları alt-üst edən sürücü maşını əks istiqamətə fırladıb yarışa çıxdı - VİDEO
Sürücülər arasında yol üstündə dava düşdü - Başı ilə şüşəni sındırdı - VİDEO











