Bu dairəyə girən avtobus sürücüləri ya qəza törədir, ya da qayda pozmalı olur - SƏBƏB NƏDİR? - VİDEO

Paytaxtın Binəqədi rayonu Abay Kunanbayev və Süleyman Sani Axundov küçələri arasındakı dairədə yol qəzası baş verib.
Bu barədə təlimçi Arzu Babazadə Avtosfer.az-a video və fotomateriallar göndərib. Hərəkətdə olan “BakuBus” MMC-yə məxsus 77-JS-496 dövlət nömrə nişanlı “BYD” markalı sərnişin avtobusu ən sol zolaqdakı “KIA” markalı maşınla toqquşub. Təlimçi bildirib ki, sözügedən ərazidə yol-nəqliyyat hadisələri tez-tez qeydə alınır.
Onun sözlərinə görə, qəzaların dördüncü, yəni ən sol zolağın sürücülər tərəfindən mütəmadi olaraq zəbt olunması səbəbindən baş verir. O qeyd edib ki, yol-nəqliyyat hadisələrinə digər bir səbəb isə sağ tərəfdə yerləşən maşın təmiri məntəqələrinin önündə dayanmış avtomobillərdir. Nəticədə dairəyə daxil olan avtobus sürücüləri radiusu düzgün götürə bilmədikləri üçün ya dördüncü cərgədə park edilmiş maşınlara çırpılırlar, ya da qəzadan yayınmaq üçün təhlükəsizlik adacığının üzərinə çıxaraq hərəkət etməli olurlar.
Təlimçi, qeyd olunan ərazidə yol nişanlanma xətlərinin də solduğunu və bu halın sürücülərin qayda pozmasına şərait yaratdığını əlavə edib.
Nərmin
Sübh çağı dəhşətli hadisə - Sürücü yuxuladı, sərnişin öldü - VİDEO
Bu yolun sağ zolağı ölüm yuvasıdır - ŞİKAYƏT - VİDEO
Müəllim və şagirdlər Dövlət Himnini birlikdə səsləndirdilər – VİDEO
Sultəpədə səki problemi: Piyadalar çətinliklə hərəkət edir – VİDEO
99-AV-999 nömrəli "Lamborghini" saxlanıldı - Avtoxuliqanlığın özəl görüntüləri - VİDEO
Astarada "Niva" 70 metrlik dərəyə düşdü; sürücü ÖLDÜ - VİDEO
Maşın bazarında parklanma problemi: Limiti keçənlər əlavə ödəniş edir – İDDİA - VİDEO
Nübarda yol çala-çuxur içindədir – Sakinlər illərdir əziyyət çəkir - VİDEO
Anidən əks yola çıxmaq istədi; qəza baş verdi - VİDEO
Yollardakı metal baryerlər baykerlər üçün niyə təhlükəlidir? – VİDEO
Hökməli–Qobu–Güzdək yolunda bərbad vəziyyət: Sakinlər narazıdır – VİDEO












