Güllələnən həmkarlarının köməyinə tələsən polislər qəzaya düşdülər - VİDEO

İki polis əməkdaşının güllələnməsindən sonra hadisə yerinə tələsən polislər qəzaya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə ABŞ-nin Ohayo ştatının Columbus şəhərində baş verib.
Belə ki, post patrul xidmətinin əməkdaşları ərazidə xidmət aparan zaman Mifflin qəsəbəsində iki polisin güllələnməsi ilə bağlı məlumat alaraq hadisə yerinə tələsiblər.
Polis əməkdaşının idarə etdiyi “Ford” markalı xidməti avtomobili hərəkətdə olan zaman eyni istiqamətdə hərəkətdə olan “Jeep” markalı yolsuzluq avtomobili anidən manevr edib və toqquşma baş verib.
Zərbənin təsirindən hər iki nəqliyyat vasitəsi istifadəsiz vəziyyətə düşüb.
Qəza nəticəsində xidməti avtomobildə olan iki polis və “Jeep”in sürücüsü xəsarətlər alıblar.
Yerli KİV-in məlumatına görə, güllə yarası alan iki polis xəstəxanaya çatdırılıblar. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilib.
Namiq Musayev
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO
"Ölüm yuvası” dedik, tədbir görən olmadı – Moto kuryer lyuka düşdü - VİDEO
Sübh çağı dəhşətli hadisə - Sürücü yuxuladı, sərnişin öldü - VİDEO
Bu yolun sağ zolağı ölüm yuvasıdır - ŞİKAYƏT - VİDEO
Müəllim və şagirdlər Dövlət Himnini birlikdə səsləndirdilər – VİDEO
Sultəpədə səki problemi: Piyadalar çətinliklə hərəkət edir – VİDEO
99-AV-999 nömrəli "Lamborghini" saxlanıldı - Avtoxuliqanlığın özəl görüntüləri - VİDEO
Astarada "Niva" 70 metrlik dərəyə düşdü; sürücü ÖLDÜ - VİDEO
Maşın bazarında parklanma problemi: Limiti keçənlər əlavə ödəniş edir – İDDİA - VİDEO
Nübarda yol çala-çuxur içindədir – Sakinlər illərdir əziyyət çəkir - VİDEO
Anidən əks yola çıxmaq istədi; qəza baş verdi - VİDEO












