Maşından şüşə butulkanı atmaq istədi, pəncərəni sındırdı - VİDEO

Yol hərəkəti zamanı qeyri-adi və bir qədər də təhlükəli hadisə baş verib. Gülməli vəziyyətin videoesu sosial şəbəkələrdə müzakirələ səbəb olub.
Avtosfer.az xəbər verir ki, sürücü nəqliyyat vasitəsini idarə etdiyi zaman avtomobildə olan boş şüşə butulkanı yol kənarındakı zibil qutusuna atmaq istəyib.
Lakin bunu maşından düşmədən, pəncərədən həyata keçirməyə çalışıb. Diqqətsizlik səbəbindən butulkanı atmazdan əvvəl avtomobilin sağ ön pənəcərəsini aşağı salmaq əvəzinə, arxa oturacaq tərəfdəki sağ pəncərəni endirib. Nəticədə, butulkanı öndən atarkən şüşə avtomobilin sağ ön pəncərəsinə dəyərək onu sındırıb.
Hadisə sürücünün öz məsuliyyətsiz davranışı səbəbindən baş verib və həm maddi zərərə, həm də təhlükəli situasiyaya yol açıb.
Qeyd edək ki, bu cür diqqətsiz davranışlar yalnız avtomobilə deyil, ətraf mühitə və ictimai təhlükəsizliyə də zərər verə bilər. Sürücülərə tövsiyə olunur ki, yolda olarkən həm ətraf mühitə qarşı məsuliyyətli davransınlar, həm də diqqətlərini yalnız idarəetməyə yönəltsinlər.
Fidan
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO
"Ölüm yuvası” dedik, tədbir görən olmadı – Moto kuryer lyuka düşdü - VİDEO
Sübh çağı dəhşətli hadisə - Sürücü yuxuladı, sərnişin öldü - VİDEO
Bu yolun sağ zolağı ölüm yuvasıdır - ŞİKAYƏT - VİDEO
Müəllim və şagirdlər Dövlət Himnini birlikdə səsləndirdilər – VİDEO
Sultəpədə səki problemi: Piyadalar çətinliklə hərəkət edir – VİDEO
99-AV-999 nömrəli "Lamborghini" saxlanıldı - Avtoxuliqanlığın özəl görüntüləri - VİDEO
Astarada "Niva" 70 metrlik dərəyə düşdü; sürücü ÖLDÜ - VİDEO
Maşın bazarında parklanma problemi: Limiti keçənlər əlavə ödəniş edir – İDDİA - VİDEO
Nübarda yol çala-çuxur içindədir – Sakinlər illərdir əziyyət çəkir - VİDEO
Anidən əks yola çıxmaq istədi; qəza baş verdi - VİDEO












