Banner

Piyadanı vurub meyitini 1 kilometr sürükləyən sürücü həbs edilmədi - ANBAAN VİDEO

Avtosfer TV 7 Yanvar 2026 20:06
Piyadanı vurub meyitini 1 kilometr sürükləyən sürücü həbs edilmədi - ANBAAN VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Avtomobillə piyadanı vurub meyitini bir kilometrdən çox sürükləyən sürücü hələ də həbs olunmayıb. Avtosfer.az xəbər verir ki, Meksikada baş verən hadisə kameraya düşüb. 
Belə ki, İztapalapa şəhərində adı açıqlanmayan şəxs idarə etdiyi “Honda City” markalı avtomobillə hərəkətdə olan zaman kuryer kimi çalışan 52 yaşlı şəxsi vurub.

“... Sosial vəziyyət getdikcə daha da ağırlaşacaq” - DEPUTATDAN ÇAĞIRIŞ

Sürücü avtomobilin altında qalan kuryeri təxminən bir kilometrdən çox sürükləyib və daha sonra hadisə yerindən qaçıb. Nəticədə 52 yaşlı şəxs ölüb.
Yerli medianın məlumatına görə, qəzanı törədən şəxs polis tərəfindən saxlanılıb, lakin bu günə qədər onun həbs olunduğu barədə açıqlama verilməyib. Bildirilib ki, hazırda səlahiyyətli şəxslər hadisə ilə əlaqədar müşahidə kameralarını araşdırır.
Sözügedən qəzanın anbaan videosunu təqdim edirik:

Namiq Musayev

Oxunub 1596
DİGƏR XƏBƏRLƏR
ŞƏRH YAZ
Ad

E-mail

Şərh