«20 Yanvar»ı belə təmizləyirlər – Evakuasiya, yerində cərimə … - FOTO

Paytaxtın “20 Yanvar” dairəsində taksilərin fəaliyyətinə məhdudiyyət yaradılıb. Bu sözləri ərazidə olan əməkdaşımızla söhbətində taksi sürücüsü bildirib. Həmsöhbətimiz bildirdi ki, ictimai nəqliyyat xidməti ilə məşğul olan sürücülərə qarşı nəzarət güclənib. Belə ki, “20 Yanvar” dairəsi və “Şamaxinka” adlanan ərazilərdə qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olanlara qarşı ciddi mübarizə aparılır. Günün pik saatlarında nəqliyyat vasitələri “20 Yanvar” ərazisinə daxil olan zaman sürücülər müəyyən sıxlıqla qarşılaşırdı. Nazirliyin bu tədbirindən sonra sözügedən ərazilərdə nəqliyyatın hərəkəti asanlaşıb.
Nəqliyyat Nazirliyinin müfəttişi bildirir ki, görülən tədbirlərdə məqsəd Bakıda keçirilən Birinci Avropa Oyunları zamanı paytaxtın yerli və əcnəbi qonaqlarını hər hansı xoşagəlməz hallardan sığortalamaq və onlara daha yüksək səviyyəli xidmət göstərməkdir. Ərazidə nəqliyyat müfəttişləri ilə yanaşı 8 YPX avtomobilini və 10-dan çox yol patrul xidməti inspektorunun olduğunu da müşahidə etdik.
Sürücülər bildirdi ki, qanuni taksi fəaliyyəti ilə məşğul olanlara da qadağa qoyulub. Belə ki, onlara da Birinci Avropa Oyunları yarışlarının keçirildiyi idman arenalarına yaxınlaşmamaq tövsiyə edilib. Meydançaların ətrafında tək xüsusi “London taksiləri” fəaliyyət göstərəcək.
«Bizim yol»
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR


















