Xırdalanda avtomobili itələyərək qaçıran gənc HƏBS OLUNDU

Abşeronda avtomobil qaçırılıb.
Avtosfer.az Modern.az-a istinadla xəbər verir ki, hadisə Xırdalan şəhəri Heydər Əliyev prospektində, “Səmaya” şadlıq sarayının qarşısında baş verib.
26 yaşlı İkram Dadaşov (şərti adla) yolun kənarında gördüyü qapısı açıq “VAZ-2107” markalı avtomobili qaçırmaq istəyib. Bunun üçün o, əvəvlcə naqilləri birləşdirərək, mühərriki işə salmaq istəyib. Lakin bu uğursuz olduqda, maşını itələyə-itələyə qaçırıb. Yolda başqa iki cavan oğlandan kömək istəyib və bu üsulla nəqliyyat vasitəsini yaşadığı Hacı Zeynalabdin Tağıyev küçəsinə gətirib. Evin həyətində isə avtomobili gizlətmək üçün nömrəsini başqa dövlət qeydiyyat nişanı ilə əvəz edib.
Fakt əsasında İkram polis tərəfindən saxlanılaraq, barəsində cinayət işi açılıb.
İ. Dadaşov ifadəsində bildirib ki, uşaqlıqdan avtomobilinin olmasını arzu edib. Lakin heç vaxt olmayıb. O, törətdiyi əməldən peşman olduğunu və zərərçəkmişə dəyən ziyanı ödədiyini bildirib.
Zərərçəkən şəxs isə avtomobilin akkumulyatoru işləmədiyi üçün onu “Səmaya” şadlıq evinin qarşısında qoyub Gədəbəyə getdiyini deyib. Onun sözlərinə görə, bir neçə gün sonra geri qayıdıb avtomobilin yerində olmadığını görüb və polisə şikayət edib. Zərərçəkən həmçinin İkrama qarşı şikayət və tələbinin olmadığını da bildirib.
Məhkəmənin qərarı ilə İkram Dadaşov 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












