5-6 nəfərlə yola çıxan sürücüləri nə gözləyir? - VACİB AÇIQLAMA

Bəzi hallarda insanlar taksi sifariş edərkən 4 sərnişin daşıya bilən minik avtomobili çağırdıqları halda, həmin nəqliyyat vasitəsinə 5-6 nəfər minməyə çalışırlar. Bəzən isə taksi sürücüləri də buna razılıq verirlər.
Maraqlıdır, bu məsələ qanunvericilikdə necə tənzimlənir? Avtomobilin tutumundan artıq sərnişin daşınması qanun pozuntusu hesab olunurmu və bu cür hallara görə cərimə nəzərdə tutulubmu?
Avtosfer.az-ın məlumatına görə, nəqliyyat eksperti Elməddin Muradlı Redaktor.az-a bildirdi ki, belə hallar sərnişindaşıma qaydalarının pozulması hesab olunur:
"Belə ki, adi minik avtomobilində sərnişinlərin sayı nəqliyyat vasitəsinin nəzərdə tutulmuş tutumuna uyğun olmalıdır. Məsələn, ön oturacaqda sürücünün yanında bir nəfər, arxa oturacaqda isə üç nəfər əyləşə bilər. Bundan artıq sərnişinin, xüsusilə də sərnişinlərin qucaq-qucağa və ya təhlükəsizlik qaydalarına uyğun olmayan formada daşınması yolverilməzdir. Bu cür hallar aşkarlandığı zaman sürücüyə qarşı qanunvericilikdə nəzərdə tutulmuş inzibati tədbirlər görülə və müvafiq məsuliyyət tətbiq oluna bilər. Bu səbəbdən taksi sifariş edən sərnişinlər də avtomobilin tutumuna uyğun hərəkət etməli, sürücüdən qaydalara zidd şəkildə əlavə sərnişin götürməsini tələb etməməlidirlər".

Müsahibimiz əlavə etdi ki, belə hallar yalnız taksi xidmətlərində deyil, şəxsi avtomobillərlə sərnişindaşıma zamanı da müşahidə olunur:
"Sürücülər nəzərə almalıdırlar ki, avtomobildə icazə verilən saydan artıq sərnişin daşımaq həm qanun pozuntusudur, həm də insanların həyatı və təhlükəsizliyi üçün ciddi risk yarada bilər".
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
Azərbaycanda avtomobillər bahalaşdı
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!












