50 il əvvəl Azərbaycanda injektor və elektromobil barədə belə düşünürdülər - FOTO

Azərbaycan injektor mühərrikli avtomobillərlə geniş şəkildə 90-cı illərin sonunda tanış olmağa başladı.
Avtosfer.az-ın xəbərinə görə, sovet minik avtomobilləri istisnasız olaraq karbüratorla təchiz edilirdi. İnjektor barədə ancaq elmi-tədqiqat institutlarının məlumatı vardı.
Bununla belə, texniki ədəbiyyatda avtomobillərdə digər texnologiyaların tətbiqi barədə məlumat verilirdi. Məsələn, Azərbaycan Sovet Ensiklopediyasının I cildindəki (Bakı, 1976) “Avtomobil” məqaləsində elektrik mühərriki ilə hərəkətə gələn avtomobilin mövcudluğundan danışılır.
“Avtomobil mühərriki” məqaləsində isə belə bir cümlə yer valır: “Karbüratoru olmayan və yanacağın birbaşa giriş boru kəmərinə, yaxud mühərrik silindrlərinə püskürdülməsi üçün xüsusi qurğusu olan porşenli daxiliyanma mühərrikləri (PDM) də var”.
Müəllif burada heç şübhəsiz injektor sistemini nəzərdə tuturdu. Avropada o dövrdə injektor intişar tapırdı.
Eyni məqalədə göstərilir ki, gələcəkdə yüngül akkumulyatorlar sayəsində şəhər avtomobillərində PDM-lər elektrik mühərriki ilə vəzlənəcək.
21-ci əsrdə avtomobillərdə karbürator (demək olar ki) tarixə qovuşub. Elektromobillə bağlı problemlər isə həllini tapmayıb.
Bəli, 70-ci illərdə alimlərimiz Qərbdəki yeniliklərdən az-çox xəbərdar idi. Sadəcə olaraq deyə bilmirdilər.
Avtomobildə amortizatorun yayla birgə tətbiqinin SƏBƏBİ - FOTO
Betmenin avtomobili rekord qiymətə satıla bilər - FOTO
Köhnə “Jiquli”lər üçün yeni mühərriklər satışa çıxarıldı
Azərbaycana artıq bu avtomobillər GƏLİR: Digərləri...
Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO
Ev şəraitində və stansiyalarda şarj edilən avtomobillərin yürüşündə hansı fərqlər var? - VİDEO
Bu avtomobilin təkərləri həm 60 kilometrdən bir dəyişdirilməlidir
Avtomobil şüşəsilənləri belə ortaya çıxıb
Bakıda “Ferrari”lər "Formula-1" trekində yarışdı - VİDEO
Bu halda maşınınızı əlinizdən ALACAQLAR
Traktorun ön və arxa təkərləri niyə fərqli ölçüdədir?














