500 manatlıq avtomobil hərracı ajiotaj doğurdu - FOTO

ABŞ-ın Azərbaycandakı səfirliyi işlənmiş avtomobillərin satışı məqsədilə bu gün Bakıda auksion keçirib. Avtosfer.az virtualaz.org saytına istinadən xəbər verir ki, 10 avtomobilin satışa çıxarıldığı auksionda minimum qiymət 500 manatdan başlayıb.
Auksionun keçirildiyi Məmmədşərif Həmidov küçəsi, 51 ünvanında xeyli sayda insan toplaşıb. İştirakçılara auksion şərtləri və satışa çıxarılan avtomobillərin texniki göstəriciləri ilə bağlı məlumatlar paylanıb.
Maşın almaq istəyənlər səhər saat 09:00-dan 11:00-a qədər avtomobillərə baxış keçirib, 11:00-dan etibarən isə onların satışı başlayıb.
Avtomobil həvəskarları arasında ajiotaj doğurmuş hərraca çıxarılan maşınlar arasında “Mitsubishi”, “Ford”, Toyota”, “Chevrolet” markalı avtomobillər olub. Onu da qeyd edək ki, auksionda mətbuatın çəkiliş aparmasına icazə verilməyib.




Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












