750 avtomobildən ibarət nəhəng mozaika yaradıldı - FOTO

Çinin “Geely” şirkəti 750 avtomobildən ibarət nəhəng mozaika yaradıb, bununla da Ginnesin Rekordlar Kitabı yeni dünya rekordunu qeydə alıb.
Bu barədə Motor.ru xəbər yayıb.
Nailiyyət Yeni ilə təsadüf edib: yerli təqvimə görə, 2021-ci il Buğa işarəsinə keçəcək, ona görə də kompozisiya bu heyvana həsr edilib.
Ginnesin Kitabının qaydalarına görə, rekorda nail olmaq üçün avtomobillər arasındakı məsafə 20 santimetrdən çox olmamalı və kompozisiyanın sahəsi ən azı 3000 kvadratmetr olmalıdır.
“Geely” hər iki meyara da cavab verib: avtomobillər 4-5 santimetr aralıqlarla park edilib və 7000 kvadratmetrdən çox ərazidə mozaika yaradılıb!
Ümumiyyətlə, “Geely” iki mozaika düzəldib: birində ilin simvolu - buğa, digərində – “2021” rəqəmi və heroqlif şəklində imza təsvir edilib. “Flaşmob”da ümumilikdə 1339 avtomobilin iştirak etməsinə baxmayaraq, Ginnessin Kitabının nümayəndələri 750 avtomobil olan daha böyük mozaikanı qeydə alıblar.
Rekord üçün ağ və tünd boz rənglərdə “Geely Emgrand” avtomobillərindən istifadə edilib.
500 dollara təklif olunan “Zapı” 9200-ə satıldı
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR
Avropanın ortasında sovet avtomobilləri ekspozisiyası - FOTOLAR
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar










