80 manat və 4 cərimə balı - Bu qaydanı pozmayın! - VİDEO

Birinci Avropa Oyunları səbəbi ilə paytaxt yollarında daha bir yenilik edilib. Belə ki, oyunlar üçün ayrılmış xüsusi zolaqlarda hərəkətin qadağan olduğunu bildirən yol nişanları qurulub. Yol polisi isə məlumat verir ki, əgər xüsusi zolaqlar digər zolaqlarla kəsişirsə, bu zaman hərəkət üstünlüyü xüsusi yola veriləcək. Buna əməl etməyən sürücüləri isə cərimə gözləyir.
İnzibati Xətalar Məcəlləsinin 151.1 ci maddəsinə əsasən, bu xətanı törədən sürücülər 40 manat məbləğində cərimə olunacaq. Belə nişanların quraşdırılması mayın 29-na qədər davam edəcək və bu müddətdən sonra bu zolağlara yol polisləri təhkim ediləcək. Nişanların quraşdırıldığı ərazilərdə xüsusi kameralarla da nəzarət ediləcək və qayda pozuntusu törədən sürücülər elektron qaydada cərimələnərək ünvanlarına pratakol göndəriləcək. Ancaq indi də yol polisi hər hansı bir sürücünü bu nişanın tələbini pozduğuna görə cərimələyə bilər.
Bu isə o deməkdir ki, kəsişən yolla hərəkət edən sürücü xüsusi yolda hərəkət edən avtomobili buraxdıqdan sonra hərəkətini davam etdirə bilər. Bunu etməyərək qəza şəraiti yaradan sürücülər isə İnzibati Xətalat Məcəlləsinin 151.2 ci maddəsinə əsasən 80 manat və 4 cərimə balı ilə cərimələncək.
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA
Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR
Azərbaycanda bəzi avtomobillərə xüsusi nişanlar vurulacaq - AÇIQLAMA - FOTO
Sürücüsüz avtomobillər üçün YENİ DÖVR – Təhlükəsizlik standartları təsdiqləndi
Avtomobil sahiblərinin NƏZƏRİNƏ - YENİLİKLƏR TƏTBİQ OLUNACAQ
Avropanı və bizi gözləyən ümumi problem
Özü "VAZ-2106", qapıları... - FOTO











