92 oktanı 95-ə “çevirən” həblərin satışında rekord artım

Rusiyada yanacaq böhranı son günlərdə daha ciddi vəziyyət alıb ki, bunun da səbəbi hər kəsə məlumdur.
Avtosfer.az xəbər verir ki, indi sürücüləri yanacağın keyfiyyətindən daha çox onun mövcudluğu maraqlandırır. Aşağı texnologiyalı zavodlar ən yaxşı halda 92 oktanlı benzin istehsal edir ki, bu da təzə maşınlar üçün yaramır.
Bu səbəbdən oktan yüksəldən həblərin satışında rekord artım qeydə alınıb. Təxminən 1,7 manata satılan həbin 92 oktanlı benzini 95 oktana çevirdiyi və 20 litr yanacaq üçün kifayət etdiyi iddia olunur.
95 və daha yüksək oktanlı yanacağın qıtlığına görə bu həblərin satışları həftə ərzində 2 dəfə artıb. Lakin kimyaçılar bunu fırıldaq hesab edirlər.
Kimya üzrə elmlər doktoru Andrey Doroxov bildirir ki, oktan ədədini adi vasitələrlə artırmaq mümkün deyil. Satışda olan həblər adi karbamid (sidik cövhəri) tərkiblidir. Bununla real səmərə alınmır, lakin forsunkalar dola bilər.
Qeyd edək ki, bu üsuldan 90-cı illərdə bütün postsovet məkanında istifadə edilirdi. O dövrdə 76 oktanı 93-ə çevirmək üçün yanacaq çəninə adi naftalin həbləri atılırdı.
Təbii ki, naftalin oktanı artırmasa da, detonasiyanı azaldırdı. Dərman karbüratora zərər verməsə də, o zaman sovet məkanına yenicə ayaq açan injektorları belə demək mümkünsə məhv edirdi.
Vüqar
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












