ABŞ-da uçan maşınların istifadəyə verilməsi planlaşdırılır

ABŞ-da şəxsi istifadə üçün nəzərdə tutulan uçan elektrik nəqliyyat vasitələrinin yaxın illərdə reallığa çevriləcəyi gözlənilir. CES 2026 sərgisində təqdim olunan Rictor X4 adlı yeni elektrikli uçan aparat qısa məsafəli gündəlik səfərlər üçün nəzərdə tutulub.
Bu barədə Avtosfer.az ABŞ mətbuatına istinadən xəbər verir.
Bir nəfərlik Rictor X4 vertikal qalxma və enmə imkanına malikdir, aşağı hündürlükdə uçuş üçün dizayn edilib və ən diqqətçəkən məqam onun ABŞ-da pilot lisenziyası olmadan istifadə edilə bilmə ehtimalıdır. Şirkət bildirir ki, aparat FAA-nın ultrayüngül uçuş qaydalarına uyğun hazırlanıb.
Təxminən 50 mil/saat sürətə malik olan və 20 dəqiqəyədək uçuş imkanı verən Rictor X4-ün satış qiyməti 39 min 900 dollar olaraq açıqlanıb. İlk sifarişlərin 2026-cı ilin ikinci rübündə çatdırılması planlaşdırılır.
Mütəxəssislərin fikrincə, bu texnologiya ABŞ-da “uçan maşınlar”ın kütləvi istifadəsinə doğru mühüm addım hesab olunur./İqtisadiyyat.az
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












