Aeroport yolunda 240-la gedən bahalı maşınlar kimlərindir? - VİDEO

Sosial şəbəkələrdə Bakının aeroport yolunda yüksək sürətlə avtomobil idarə edənlərin videosu yayılıb. Videolardan bir neçə 2012-ci ildə «Youtub»a yerləşdirilsə də, bu ilin əvvəllərinə aid olanlar da var. Avtosfer.az-ın məlumatına görə, Sultan SD və Zaur Əliyev adları ilə qeydiyyatdan keçən şəxslər tərəfindən yayılan bu videolarda əsas funksiyaını «Jaguar XJL Supersport» markalı avtomobil və bu maşında olan şəxslər həyata keçirir. Bu avtomobil bütün videolarda var. Və video çəkiliş prosesi də məşz bu maşındakı şəxs tərəfindən həyata keçirilir. Görünün, maşınların yarışını təşkil edən şəxs elə bu avtomobilin sahibidir. Videoda əsasın «BMW M5» markalı, 10 GJ 011, «Mercedes S65 AMG» markalı, 10 AZ 458, «Porsche Panamera Turbo» markalı 10 NO 004, «BMW Alpina B7» markalı, DA 213 TR, «BMW X5M» markalı, 10 AZ 484 dövlət nömrə nişanlı avtomobillər yer alıb. Başqa bir neçə avtomobil də var ki, onların dövlət nömrə nişanları aydın görünmür. Bu avtomobillərin dəyəri isə təxminən 100-300 min dollar dəyərindədir.
Videoya diqqətlə baxdıqda məlum olur ki, burada yarışanların ən aşağı sürəti saatda 240-250 km-dir. Ən dəhşətlisi budur ki, yarışma zamanı yolda başqa avtomobillər də gözə dəyir.
Yeri gəlmişkən, elə bu cür yarışların birində - martın 15-də saat 00:30 radələrində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədr müavini Mübariz Mədətovun oğlu Xaliq Mədətov «Galendewagen» markalı avtomobili sürətlə idarə edərkən Zığ şossesində xalq artisti Ağasəlim Abdullayevin ailəsinin olduğu maşını vurmuşdu. Nəticədə A.Abdullayevin gəlini və nəvəsi ölmüşdü. Bu hadisədən sonra Prezident İlham Əliyev Mübariz Mədətovu tutduğu vəzifədən azad edib. Məhkəmə isə Xaliq Mədətovun 12 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.
Nurlan
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı
Cərimə balı, sərxoşluq və qəza: Vəsiqədən məhrumetmə halları










