Bayılda yol aylardır niyə bağlıdır? - VİDEO

Bakıda yolun aylardır nəqliyyatın hərəkəti üçün bağlı qalması sakinlərin narazılığına səbəb olur.
Avtosfer.az "Xəzər" TV-yə istinadən xəbər verir ki, söhbət paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsi, Cavidan İbrahimli küçəsindən gedir.
Ərazi beton plitələrlə bağlanıb. Sakinlərin sözlərinə görə, gündəlik gediş-gəliş üçün istifadə etdikləri bu ərazidə hələ də heç bir təmir işinə başlanılmayıb. Küçənin aşağı hissəsindən keçən yollarda tıxac yaranır, yuxarı hissədəki alternativ yol isə aylardır bağlıdır.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, aidiyyəti qurumların nümayəndələrindən ibarət işçi qrupu yaradılıb. Hazırda araşdırma və layihələndirməyə hazırlıq işləri aparılır.
Qeyd olunub ki, Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin və Yaponiya şirkətinin mütəxəssisləri ərazidə geoloji tədqiqatlar aparırlar.
Tədqiqatlar başa çatdıqdan sonra müvafiq tədbirlərin görülməsinə başlanılacaq və bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












